“Elm şənliyi” keçirildi “Science Party” Event
2016-cı il dekabrın 23-ü saat 10:00-dan 17:00-dək Xəzər Universitetində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Xəzər Universitetinin Tarix və arxeologiya departamenti və Xəzər Universiteti Karyera İnkişaf Mərkəzinin əməkdaşlığı ilə “Elm şənliyi” adlı tədbir keçirildi. Tədbirin əsas məqsədi elmi incəsənət yolu ilə gənclərə göstərmək və sevdirmək idi.
Tədbiri Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açdı. Daha sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru professor Maisə Rəhimova və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyi Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin nümayəndəsi Dr. Əhməd Sami Elaylı çıxış etdilər.
Tədbirdə Xəzər Universiteti ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Qızlar Universiteti, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialı, MİRAS İctimai Birliyi, Misir Mədəniyyət Mərkəzi, Qala Qoruğu, Qobustan Qoruğu, Tarix Muzeyi, Arxeologiya və Etnoqrafiya İnstitutu kimi bir sıra ali təhsil müəssisələri və qurumlar iştirak edirdi.
Tədbir sərginin nümayişi ilə başladı. Xəzər Universitetinin tələbələri və digər məktəb, universitet və qurumların nümayəndələri öz əl işlərini gələn qonaqlara nümayiş etdirdilər. Daha sonra ümumi təbiət, humanitar, texniki və canlı təbiət mövzularında elmi-kütləvi seminarlar keçirildi. Sərgi çərçivəsində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun doktoru, Qobustan Milli tarix bədii qoruğunun elmi katibi Rəhman Abdullayev “ Qayaüstü təsvirlərin sənədləşdirilməsində 3D metodunun tətbiqi” mövzusunda təqdimat apardı. Təqdimatın ardınca Xəzər Universitetinin qızlardan ibarət rəqs ansamblının orjinal tarixi rəqslərinə yer verildi. Daha sonra Xəzər Universitetinin Mühəndislik və tətbiqi elmlər fakültəsinin tələbələri Sevinc Səfərova, Orxan İsmayılov və Fazil Xəlilov “Alternativ enerji və onun faydaları” adlı təqdimat apardılar və bunu təcrübə şəklində gələn qonaqlara nümayiş etdirdilər. Sərginin sonlarına yaxın universitetlərarası Qədim Şərqin tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatı üzrə intellektual yarış keçirildi. Qaliblərə xüsusi mükafatlar verildi.
Tədbirin sonunda bütün iştirakçılara, təşkilatçılara diplom və sertifikatlar təqdim olundu, xatirə şəkilləri çəkildi.
On December 23, 2016 from 10:00 to 17:00, an event called “Science Party” sponsored by the Youth Foundation of the President of the Azerbaijan Republic was held at Khazar University with the coordination of Khazar University Department of History and Archeology and the Career Development Center. The main objective of the event was to promote science and art among young people.
Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, opened the event. Then speeches were made by Professor Maisa Rahimova, Director of the ANAS Institute of Archeology and Ethnography, and Dr. Ahmad Sami Elayli, Representative of the Cultural and Educational Relations Center under the Embassy of Egypt to Azerbaijan.
Participants in the event included representatives from Khazar University, Azerbaijan State Economics University, Baku Girls’ University, Baku State University, State Administration Academy, Azerbaijan State Pedagogical University, the Shamakhi Branch of Azerbaijan State Pedagogical University, MIRAS Public Union, Egyptian Cultural Center, Gala Preserve, Gobustan Preserve, the State History Museum, and ANAS Institute of Archeology and Ethnography.
The event began with an art exhibit. Art works by Khazar University students and representatives of other schools, universities and institutions were displayed to the guests. Then academic and popular seminars were held on fields such as natural sciences, humanities, technology, etc. As part of the exhibition, Rehman Abdullayev, academic secretary of Gobustan National Park, made a presentation on “Application of 3D methods in documentation of petroglyphs.” Then the Khazar University girls’ dance ensemble performed an original historic dance. Later Sevinj Safarova, Orkhan Ismayilov and Fazil Khalilov, students of Khazar University’s School of Engineering and Applied Sciences, made a presentation on “Alternative Energy and its Uses.” Near the end of the event, an intellectual competition on the history, geography, cultures and literatures of the Ancient East was held. Winners received special awards.
At the end of the event, all the participants and organizers received certificates.