Təsisçi “Türklüyə xidmət” mükafatına layiq görüldü Founder Earns “Service to Turkishness” Award
2016-cı il dekabrın 25-də “Borçalı” İctimai Cəmiyyətinin 31 Dekabr –Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirdiyi tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı “Türklüyə xidmət” mükafatına layiq görüldü.
Mükafat alanlar arasında H.İsaxanlı ilə yanaşı, Türkiyədən, Azərbaycandan və Güney Azərbaycandan ictimai xadimlər də var idi.
Tədbirdə Xəzər Univesitetinin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı, İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli də iştirak edirdilər.
Qeyd edək ki, mükafat ildə bir dəfə olmaqla, hər ilin sonunda Türk dünyasının dirçəlişi naminə misilsiz fədakarlıq göstərən Azərbaycan, Türkiyə, Güney Azərbaycan, Gürcüstan və digər türk bölgələrindən seçilmiş şəxslərə təqdim olunur.
On December 25, 2016, Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, was given the “Service to Turkishness” Award — Zahid Khalilov Award (with an order of the Union dated 19 December, 2016) for fruitful scientific and public activity by the Borchali Public Union at its event for 31 December– International Solidarity Day of Azerbaijanis.
Besides Prof. Isaxanli, award recipients included civil servants from Turkey, Azerbaijan and South Azerbaijan.
Dr. Isakhan Isakhanli, Vice President for Administration and Student Affairs, and Alovsat Amirbeyli, Director for Public Relations and Media, also participated in the event.
We note that the award is presented at the end of each year to selected people from Azerbaijan, Turkey, South Azerbaijan, Georgia and other Turkish regions for demonstrating selflessness in the pursuit of revival of the Turkish world.