Xəzər Universitetində Müasir Akademik Musiqiyə həsr olunmuş konfrans keçirildi Conference on Modern Academic Music at Khazar
Dekabrın 3-də Xəzər Universitetinin Mərmər salonunda (“Neftçilər” kampusun) “Türk ölkələrində müasir akademik musiqi: inkişafı və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirildi. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan respublikalarının bəstəkar və musiqişünaslarının iştirakı ilə keçirilən tədbir TÜRKSOY, Xəzər Universiteti və Azərbaycan Müəlliflər Birliyi tərəfindən təşkil olunmuşdu.
Tədbirdə TÜRKSOY, Xəzər Universiteti və Azərbaycan Müəlliflər Birliyinin rəhbərliyi və əməkdaşları, media mənsubları iştirak edirdilər.
Konfransın başlanğıcında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı qonaqları salamlayaraq, konfransın mövzusu ilə əlaqədar qısa çıxış etdi. O, həmçinin bildirdi ki, universitetin Elmi Şurası türk xalqlarının mədəniyyətinin inkişafında töhfələrinə görə TÜRKSOY-un Baş katibi, professor Düsen Kaseinova Xəzər Universitetinin Fəxri doktoru adının verilməsi haqqında qərar qəbul etmişdir və sözü rektor Hassan Niknafsa verdi. H. Niknafs D. Kaseinov haqqında qısa məlumat verəndən sonra fəxri doktor diplomunu ona təqdim etdi. D. Kaseinov bu şərəfə layiq görüldüyü üçün Xəzər Universitetinin rəhbərliyinə təşəkkürünü bildirdi və çıxış etdi.
Sonra Azərbaycan Müəlliflər Birliyinin sədri İsmayıl Məmmədkərimovun moderatorluğu ilə konfrans öz işinə başladı. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas, professor Zemfira Qafarova, Azərbaycan Milli Konservatoriyasının prorektoru, musiqişünas, professor Lalə Hüseynova, Qazaxıstan Bəstəkarlar İttifaqının katibi Balnur Kıdırbek və qazaxıstanlı bəstəkar Həbibulla Setekovun məruzələri dinlənildi. Məruzələr ətrafında müzakirələr aparılmaqla konfrans işini bitirdi.
On December 3, 2016, an event entitled “Conference on Modern Academic Music: Development and prospects. The preservation and development of musical diversity based on the example of protecting copyrights” was held in the Marble Hall of Khazar University’s Neftchilar Campus. The conference was jointly organized by TURKSOY, Khazar University, and Azerbaijani Authors’ Society and included the participation of composers and music scholars from the Republics of Azerbaijan, Kazakhstan, Kyrgyzstan, Uzbekistan, and Turkmenistan.
Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, opened the event with a welcoming speech. He announced that the Academic Council of the university had made a decision to award an Honorary Doctorate Degree on behalf of Khazar University to Mr. Dusen Kaseinov, General Secretary of TURKSOY and former Minister of Culture of Kazakhstan, for his invaluable contributions to the development of Turkic culture. He gave the floor to University President Hassan Niknafs, who made a speech about Mr. Dusen Kaseinov and presented his diploma. Mr. Kaseinov made a speech to thank the university and the organizers of the event.
Then Ismayil Mammadkarimov, Chairman of the Azerbaijani Authors’ Society, moderated the conference. Lectures were given by Professor Zemfira Gafarova, Secretary of the Azerbaijan Composers’ Union and music scholar; Professor Lala Huseynova, Vice Rector of Azerbaijan National Conservatory and music scholar; Balnur Kidirbek, Secretary of Kazakhstan Composers’ Union; and Habibulla Setekov, Kazakh composer. The conference ended with discussions about the lectures.