Beynəlxalq təlim: Hasilat sənayesində hüquqi və fiskal baza International Eurasia Hub Training: Legal and Fiscal Frameworks of Extractive Industries

2016/12/12

Dekabrın 5-7-də Xəzər Universitetinin mərmər zalında Avrasiya Bilik Mərkəzi, Xəzər Universiteti və Təbii Sərvətlərin İdarə edilməsi İnstitutunun (Natural Resource Governance İnstitute – NRGİ) təşkilatçılığı, İsveçrə İqtisadi Əməkdaşlıq Ofisinin  (SEKO) maliyyə dəstəyi iləHasilat sənayesində hüquqi və fiskal baza” mövzusunda beynəlxalq təlim keçirildi. Təlimin məqsədi iştirakçılarla Avrasiyanın neft və qaz ixrac edən ölkələrinin hüquq və maliyyə rejimlərini müzakirə etmək, onlarla bu mövzuda treninq keçmək idi.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan və Ukraynadan 27 nəfər mütəxəssis iştirak edirdi.

Təlimin açılışında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, SECO-nun regional direktorunun müavini Simone Haeberli çıxış edərək, iştirakçıları salamladılar və onlara treninq prosesində səmərəli iş arzuladılar.

NRGİ-nin regional direktoru Qalib Əfəndiyev çıxışında qeyd etdi ki, Avrasiya Bilik Mərkəzi ilk dəfə olaraq, hüquqi məsələlərə və fiskal bazaya həsr olunmuş təlim keçirir. Bu mövzuda təlimin keçirilməsi regiondakı ölkələrin buna ehtiyacı olması ilə əlaqədardır.

Avrasiya Bilik Mərkəzinin direktoru, Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinn dekanı İnqilab Əhmədov təlimin ilk sessiyasını açdı. NRGİ-nin hüquq məsələləri üzrə eksperti Amir Shafaie “Normativ-hüquqi baza və müqavilələrin rolu“ mövzusunda təlim keçirdi. Digər mövzularda da təlimlər oldu. “Lisenziyaların bölüşdürülməsi və danışıqlar” mövzusundakı ikinci iclas hüquqi konsepsiyalar əsasında qrup halında praktiki məşğələ kimi keçirildi.

Tədbirin ikinci günü hasilat sənayelərində fiskal alətlərinə həsr olundu. NRGT-nin Monqolustandan olan eksperti Dorjdari Namkhaijantsan “Mənbədən gəlirə” mövsuzunda təlim keçirdi. Sonra iştirakçılar təbii sərvətlərin gəlirlərinin şirkətlə dövlət arasında düzgün bölüşməsi haqqında müzakirədə apardılar. Amir Shafei “Əsas fiskal alətləri” haqqında çıxış etdi. İştirakçıların sualları cavablandırıldı. İştirakçılar 4 qrupa bölünüb, praktiki tapşırıq yerinə yetirdilər.

Təlimin üçüncü günündə “Fiskal modelləşdirmə: bu nə üçün lazımdır?”, “Praktiki iş –  modelləri necə tətbiq etməli” və digər mövzularda təlimlər keçirildi. Təlimçilər Amir Shafei və Dorjdari Namkhaijantsan idi.

Günün sonunda üçgünlük təlimə yekun vuruldu, iştirakçılara sertifikat təqdim olundu.

On December 5-7, Eurasia Extractive Industries Knowledge Hub, Khazar University and Natural Resource Governance Institute – NRGI) jointly held a training on “Legal and Fiscal Frameworks of Extractive Industries.” The objective of the event was to discuss and offer training on the legal and fiscal models of countries operating extractive industries in oil and gas in Eurasia. 27 specialists from Azerbaijan, Kazakhstan, Kyrgyzstan, Mongolia, Tajikistan and Ukraine participated in the event.

The founder of Khazar University and Chairman of Board of Directors and Trustees, Prof. Hamlet Isaxanli, welcomed the guests. The Regional Deputy Director of Swiss Cooperation Office, Ms Simone Haeberli, followed his speech, welcoming the participants and wishing them fruitful learning processes at the training sessions.

Galib Afandiyev, the NRGI regional director, noted that this was the first Eurasia Knowledge Hub training on legal issues and fiscal frameworks. The topic was selected because of a felt need in the countries of the region.

Ingilab Ahmadov, director of the Eurasia Knowledge Hub and Dean of the School of Economics and Management at Khazar University, opened the first training session. Afterwards, Amir Shafaei, Senior Legal Expert from NRGI, New York, led the training course on “Legal Frameworks and License Allocation.” Other trainings were also held. During the second session on License Allocation, participants completed practical tasks in groups based on legal concepts.

The second day of the training was dedicated to the Fiscal Tools in Extractive Industries. NRGI’s expert from Mongolia, Dorjdari Namkhaijantsan, started the day with a lecture on “From Resources to Revenues.” The presentation provoked questions about the local content requirements and distribution of revenues on natural resources between the company and state.

Senior Legal Analyst from NRGI, Amir Shafaei, delivered a session on “Main Fiscal Tools.” The presentations were followed by a question and answer session. Thereafter, participants were divided into four groups for Practical Assignment on Fiscal Tools.

            On the third day of the training, topics included “Fiscal Modeling: Why is it necessary?”, “How to Apply Practical Working Models,” and more. The trainers were Amir Shafei and Dorjdari Namkhaijantsan.

The training was wrapped up on the third afternoon and participants were given certificates.