Təsisçi TUBİTAK-ın Başqanı ilə görüşdü Founder Meets with TUBITAK President

2016/02/29

2016-cı il fevralın 23-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı TUBİTAK-ın Başqanı professor A.Arif Ergin, Başqan yardımçısı professor Orkun Hasekioğlu, Baş katibi Arif Koyuncu və Xarici əlaqələr şöbəsinin müdiri Zeynep Arzıman Büyükbodukla görüşdü. Uzun sürən görüş zamanı TUBİTAK və Xəzər Universiteti, Avrasiya Akademiyası arasında gələcəkdə həyata keçirilə biləcək maraqlı elmi layihələrin gerçəkləşdirilməsi məsələləri müzakirə edildi. H.İsaxanlı TUBİTAK Başkanı A.Arif Erginə Xəzər Universitetinin xüsusi hədiyyəsini təqdim etdi və səmimi görüşə görə dərin təşəkkürünü bildirdi, TUBİTAK rəhbərliyini Bakıya dəvət etdi. Görüşdə Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli iştirak etdi.

Xatirə şəkilləri çəkildi.

On February 23, 2016, Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, met with Professor A. Arif Ergin, TUBITAK President; Professor Orkun Hasekioglu, Vice President; Arif Koyuncu, Secretary General, and Zeynep Arziman Buyukboduk, Director of the International Affairs Department. During the meeting, the parties discussed possibilities for future cooperation between TUBITAK and Khazar University as well as with Eurasian Academy. H. Isaxanli presented a special Khazar University gift to Professor Ergin and thanked him for the sincere meeting. He also invited the TUBITAK administration to visit Baku. Alovsat Amirbeyli, Director for Public Relations and Media at Khazar University, also participated in the meeting.