Təsisçi İngiltərədə konfransda çıxış etdi Founder Makes Presentation at UK Conference

2016/02/12

2016-cı il fevralın 10-da British Council və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Londonda “Böyük Britaniya –Azərbaycan Ali Təhsil Forumu” (“UK-Azerbaijan Higher Education Forum”) keçirildi. Forumda Azərbaycan və Böyük Britaniya universitetlərinin rəhbərlikləri, British Council-in və Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələri iştirak edirdilər.

Forumda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı mərüzə ilə çıxış edərək, Xəzər Universiteti və “Xəzər” – Böyük Britaniya akademik əlaqələri haqqında danışdı, qonaqların suallarını cavablandırdı.

H.İsaxanlı həmçinin, forumda müzakirələrdə iştirak etdi və ikitərəfli əlaqələrin qurulması üçün təkbətək görüşlər keçirdi.

On February 10, 2016, the UK-Azerbaijan Higher Education Forum was held in London with the joint coordination of British Council and the Ministry of Education of Azerbaijan Republic. Participants included administrators of British and Azerbaijani universities as well as representatives of British Council and the Ministry of Education of Azerbaijan Republic.

Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, made a presentation at the forum about Khazar University and its academic partnerships with UK institutions. He also answered other participants’ questions.

During the forum, Prof. Isaxanli also participated in discussions and held meetings related to bilateral cooperation.