“Qızıl Pəri” Audiovizual mükafatları təqdim olundu Golden Nymph Audiovisual Awards Presented

2016/01/06

2015-ci il dekabrın 28-də Xəzər Universitetinin “Dünya” konsert salonunda “Qızıl Pəri” Audiovizual sahə –kino və TV üzrə peşə mükafatının və qaliblərinin təqdimat mərasimi keçirildi. Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, qalibləri təbrik etdi, onlara mükafatların təqdim olunmasında iştirak etdi. On December 28, 2015, a ceremony was held in Khazar University’s World Concert Hall to present the Golden Nymph Awards to film and TV professionals working in audiovisual fields. Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, made a speech at the presentation, congratulated the award recipients and participated in handing out the awards.