“Dünya” məktəbində Cəfər Cabbarlının anım günü keçirildi Jafar Jabbarli Commemorated in Dunya School

2016/01/08

Dekabrın 26-da Xəzər Universiteti “Dünya” məktəbinin konsert salonunda görkəmli dramaturq Cəfər Cabbarlının anım günü keçirildi.

Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxankı,  AMEA-nın vitse – prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, Əməkdar jurnalist Asif Rüstəmli, dramaturqun ailə üzvləri – qızı Gülarə xanım Cabbarlı, Cəfər Cabbarlının ev-muzeyinin direktoru, nəvəsi Qəmər Seyfəddinqızı, respublikanın ədəbi və elmi ictimaiyyətinin nümayəndələri, millət vəkilləri, media mənsubları iştirak edirdilər.

İlk olaraq tamaşaçılara dramaturqun haqqında film nümayiş etdirildi. ədibin həyatı və yaradıcılığı müəllim və şagird kollektivi tərəfindən səhnələşdirilmiş formada tamaşaçılara təqdim olundu.

H. İsaxanlı, İ. Həbibbəyli, A. Rüstəmli və Q. Seyfəddinqızı  çıxış edərək, dramaturqun yaradıcılığından söhbət açdılar. Natiqlər məktəb kollektivi tərəfindən tamaşanın qoyuluşunu təqdir etdilər və bunu ictimai hadisə adlandırdılar.

Tədbirin sonunda respublikanın tanınmış incəsənət ustaları tərəfindən Cəfər Cabbarlının şeirlərinə bəstələnmiş mahnılar ifa olundu.

On December 26, an assembly was held in the concert hall of Khazar University’s affiliate Dunya School in memory of reputable playwright Jafar Jabbarli.

Participants at the ceremony included Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees; Academic Isa Habibbeyli, Vice President of ANAS and Director of the Nizami Literature Institute; Asif Rustamli, Meritorious Journalist; family members of the late playwright, including his daughter Gulara Jabbarli, director of the Jafar Jabbarli House Museum, and his granddaughter Gamar Seyfaddingizi; representatives of the Republic’s scholarly and artistic circles; members of parliament; and media representatives.

The event began with a film about the playwright’s life. Then teachers and students presented a live dramatization of his life and works.

Speeches were made by H.Isaxanli, I.Habibbeyli, A.Rustemli and G.Seyfeddingizi. They also thanked the school for hosting this important public event.

At the end of the ceremony, well-known artists performed songs based on Jafar Jabbarli’s poetry.