“Dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlim kursu” başa çatdı “Training Course on Preparation and Evaluation of Textbooks” Completed
2015-ci il noyabrın 13-də Xəzər Universitetində Təhsil Nazirliyinin sifarişi ilə ümumtəhsil pilləsində fənn kurikulumlarına uyğun “Dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlim kursu”na start verildi. Təlimlər noyabrın 13-dən 22-dək riyaziyyat-informatika, təbiət elmləri, tarix-coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, xarici dillər qrupu olmaqla beş qrupda, xarici ölkələrdən dəvət olunan mütəxəssislərin iştirakı ilə keçirildi.
Təlimlərin açılış mərasimi universitetin “Mərmər” zalında universitet rəhbərliyi və müəllim heyətinin, Təhsil Nazirliyinin nümayəndələrinin, təlimçilərin və təlim iştirakçılarının birgə iştirakı ilə keçirildi.
Açılış zamanı universitetin Təhsil fakültəsinin dekanı və layihə rəhbəri Dr. Elza Səmədova çıxış edərək, son illərdə aparılan təhsil islahatına uyğun olaraq dərsliklərin hazırlanması və qiymətləndirilməsi prosesinin təkmilləşdirilərək dünya standartlarına uyğunlaşdırılmasının vacibliyini vurğuladı. Sonra universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı qonaqları, təlimçiləri və təlim iştirakçılarını salamladı, Azərbaycanda dərsliklərin yazılması tarixindən danışdı, təlimlərdə iştirakçılara uğurlar arzuladı. Açılış mərasimində Təhsil Nazirliyinin nümayəndələri və təlimçilər də – Dr.Canan Karababa, Professor A.Kürşat Erbaş, professor Salih Çepni, Dr.Salih Şahin də çıxış etdilər.
Açılışdan sonra təlim iştirakçıları auditoriyalara gedərək treninqlərə başladılar. 10 gün davam edən təlimlər əsnasında təşkil olunmuş dəyirmi masalar olduqca maraqlı və səmərəli oldu. Mühazirə, diskussiya, debat şəraitində həyata keçirilən bu dəyirmi masalarda iştirakçılar tərəfindən dərsliklərin kurikulumla sıx əlaqələri müzakirə olundu, dərsliklərdə yer alan mövzuların dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğunlaşdırılmasının vacibliyi vurğulandı və qiymətləndirmə prosesinin obyektiv, qərəzsiz aparılması xüsusi olaraq, qeyd olundu.
Layihə çərçivəsində fəal təlimin üsul və formalarını özündə ehtiva edən xarici dərsliklərlə yerli dərsliklərin tələbyönümlü, inkişafetdirici və şəxsiyyətyönümlü xüsusiyyətləri müqayisəli təhlil olundu, dərsliklərdə vizual tərtibatın önəmi qeyd edildi. Təlim prosesində müzakirə edilən mövzularla bağlı qrup işləri aparıldı, təqdimatlar nümayiş etdirildi.
Layihənin sonunda iştirakçılara sertifikat təqdim edildi və xatirə şəkli çəkildi.
İnanırıq ki, uğurla öz işini yekunlaşdıran bu layihə respublikamızda təlim-tədris prosesinin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayacaq və təhsillə bağlı inkişaf proqramlarının, xüsusən də “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi istiqamətində öz layiqli töhfəsini verəcəkdir.
On November 13, 2015, a training program entitled “Training course on preparation and evaluation of textbooks” which was requested by the Ministry of Education began at Khazar University. The training course took place from November 13 to 22 with the participation of foreign experts. The course was held in five subject groups (mathematics/informatics, natural sciences, history/geography, Azerbaijani language and literature, and foreign languages). The opening ceremony of the training was held in the University’s Marble Hall with the participation of university administrators and faculty members, Ministry of Education representatives, trainees and trainers.
The event was opened by Dr. Elza Semedova, Dean of the School of Education, who spoke about the importance of preparation and evaluation of textbooks in our education. Then Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, greeted the guests and participants. He spoke about the history of textbook writing in Azerbaijan and wished them success in the training. Other participants in the opening ceremony who made speeches included Dr. Faik Shahbazli and Dr. Asgar Guliyev of the Ministry of Education as well as trainers Dr. Janan Karababa, Professor A. Kürşat Erbaş, Professor Salih Çepni, and Dr.Salih Şahin.
After the opening ceremony, trainees moved to their classrooms and began the training. The roundtable discussions held throughout the 10-day training were very interesting and successful. The groups learned via included lectures, discussions and debates, particularly discussing the close relationship between textbooks and curriculum and the importance of upholding standards set by the government regarding which topics should be included in textbooks. It was especially noted that the process of textbook evaluation must be objective and unbiased.
The training used active training methods to compare local and foreign textbooks’ developmental, demand-driven and personality-driven characteristics, also noting the importance of textbooks’ visual design. The training process included discussions, group work, and presentations.
At the end of the training, participants were given certificates and group photos were taken.
Khazar University is confident that this training program will play a significant role in increasing the quality of teaching and learning processes in our country and will make a worthy contribution to the implementation of state development programs for education, including the “State Strategy for Development in Education for the Azerbaijan Republic.”