Təsisçi Bilkent Universitetində oldu Founder Visits Bilkent University
2015-ci il noyabrın 24-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və “Dünya” məktəbinin təsisçisi Nailəxanım İsayeva Türkiyənin Ankara şəhərində yerləşən Bilkent Universitetində həmin universitənin rektoru professor Abdullah Atalarla rəsmi görüşdə iştirak etdilər. Görüş zamanı professor H.İsaxanlı Xəzər Universitetində həyata keçirilən beynəlxalq layihələr, fakültələr, digər proqramlar haqqında, N. İsayeva isə “Dünya” məktəbi və IB School haqqında geniş məlumat verdilər. N.İsayeva, həmçinin “Dünya” məktəbi ilə Bilkent Universitetinin nəzdindəki orta məktəbin birgə həyata keçirdiyi proqramlardan, hər iki məktəbin arasında olan geniş əlaqələrdən danışdı. N.İsayeva Bilkent Universitetinin rektoru professor A.Ataları “Dünya” məktəbinə dəvət etdi.
Sonda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı qiymətli hədiyyələrini universitetin rektoru, professor A.Atalara və Tarix bölüm başkanı professor Mehmet Kalpaklıya təqdim etdi. Xatirə şəkilləri çəkildi.
Görüşdə Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli də iştirak etdi.
On November 24, 2015, Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, and Nailakhanim Isayeva, the founder of Dunya School, visited Bilkent University in Ankara, Turkey and met with the university’s rector, Professor Abdulla Atalar. During the meeting, Professor Hamlet Isaxanli spoke about international projects, schools, and other programs at Khazar University, while Nailakhanim Isayeva spoke about Dunya School and its IB program. N. Isayeva also spoke about joint projects that have been held between Dunya School and the IB school affiliated with Bilkent University, which already have a close working relationship. N.Isayeva invited Professor Atalar to visit the Dunya School.
At the end of the meeting, Professor Hamlet Isaxanli gave valuable gifts to Prof. Atalar and to Professor Mehmet Kalpakli, Head of the History Department. Group photos were taken.
Alovsat Amirbeyli, Director for Public Relations and Media at Khazar University, also participated in the meeting.