“Azərbaycan arxeologiyası” jurnalının redaksiya heyətinin Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı ilə görüşü oldu Azerbaijan Archeology Journal Staff Meets with Founder

2015/10/05

2015-ci il oktyabrın 2-də “Azərbaycan arxeologiyası” jurnalının redaksiya heyətinın növbəti iclası oldu. İclasda Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı, “Azərbaycan arxeologiyası” jurnalının baş redaktoru Qüdrət İsmayılzadə, redaktor müavinləri Roza Arazova, Tarix Dostiyev, Bəhlul İbrahimli, Tarix və arxeologiya departamentinin müəllimi Orxan Zamanov, Tarix və arxeologiya departamentinin laborantı Ləman Babaşlı, Xəzər Universitetinin ingilis dili üzrə redaktoru Marta Lauri, “Humanitar və sosial elmlər jurnalı”nın redaktor müavini Xəyalə Məmmədova və Media Mərkəzinin rəhbəri Alik Əlioğlu iştirak etdilər.
İclası Hamlet İsaxanlı açdı. Əvvəlcə, Xəzər Universitetində dərc olunan digər jurnallarla yanaşı, “Azərbaycan arxeologiyası” jurnalının yaranma tarixi və fəaliyyəti haqqında məlumat verdi. Gündəlikdə duran iki əsas məsələ – “Azərbaycan arxeologiyası” jurnalına beynəlxalq indeksin alınması və archeology.khazar.org sayının təkmilləşdirilməsi ilə bağlı qeydlərini iclas üzvləri ilə bölüşdü. Qeyd etdi ki, jurnalın beynəlxalq arenaya çıxarılması üçün keyfiyyət parametrlərinin gücləndirilməsi vacibdir. Sonra Qüdrət İsmayılzadə çıxış etdi. Jurnalda mədəni irsimizin təbliği məqsədilə memarlıq abidələrimz və tarixi məkanlar barədə məlumat verilməsini təklif etdi. Tarix Dostiyev və Bəhlul İbrahimli məqalələrin seçilməsi və redaktə olunması barədə məlumat verdilər.
Roza Arazova çıxışında həm jurnalda, həm də saytda yeniliklərin tətbiq edilməsinin zərurətini qeyd etdi və bu barədə təkliflərini bldirmək üçün Orxan Zamanova söz verdi. Orxan Zamanov archeology.khazar.org saytının strukturunun yenilənməsi və işçi heyətinin cəlb olunması, jurnalda və saytda maraqlı rubrikaların yaradılması barədə ideyalarını bölüşdü. Alik Əlioğlu archeology.khazar.org saytını iclas iştirakçılarına təqdim etdi. Bölmələr barədə məlumat verdi.
Daha sonra digər cari məsələlər müzakirə edilməsi ilə iclas başa çatdı. On October 2, a meeting of the Editorial Staff of the Azerbaijan Archeology Journal was held. Participants in the meeting included Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees; Gudret Ismayilzade, Editor-in-Chief of the journal; Deputy Editors Roza Arazova, Tarikh Dostiyev and Behlul Ibrahimli; Orkhan Zamanov, instructor of the Department of History and Archeology; Laman Babashli, assistant to the Department; Martha Lawry, English Editor; Khayala Mammadova, Assistant to the Editor-in-Chief of Khazar Journal of Humanities and Social Sciences; and Alik Elioghlu, Director of the Electronic Media Center.
Hamlet Isaxanli opened the meeting. First, he spoke about the history and activities of Azerbaijan Archeology Journal along with other journals published by the university. He noted the two main items on the agenda: getting the Azerbaijan Archeology Journal indexed by international organizations and improving the journal’s website, archeology.khazar.org. He noted that it was important to increase the quality control parameters on the journal in order to take it to an international level. Then Gudret Ismayilzade made a speech suggesting that the journal publish information about our architectural monuments and historical sites in order to promote our cultural heritage. Tarikh Dostiyev and Behlul Ibrahimli shared about the article selection and editing process.
Then Roza Arazova spoke about the necessity to apply the changes to the journal and to its website. She gave the floor to Orkhan Zamanov to share his thoughts on the same topic. He spoke about his ideas on developing the structure of the website, recruiting staff, and creating interesting subject categories for articles. Alik Elioghlu showed the participants the journal’s website and explained its structure.
Then the meeting ended with a discussion about other current issues.