Xəzər Universiteti məzunlarının 38 və 39-cu buraxılış mərasimi Ceremony for 38th and 39th Graduations at Khazar University

2015/10/05

Oktyabrın 3-də Xəzər Universiteti “Dünya” məktəbinin iclas salonunda 38 və 39-cu məzunluq mərasimi keçirildi. Mərasimdə məzunlar və onların valideynləri, universitetin rəhbərliyi və professor-müəllim heyəti iştirak edirdilər.
Mərasim Azərbaycanın Dövlət Himninin ifası ilə başladı. Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru, fəlsəfə doktoru Hassan Niknafs məzunları təbrik edərək, yeni həyat yollarında onlara uğurlar arzuladılar. Natiqlər universitetdə yaradılmış təhsil mühitindən, yalnız ixtisasına yiyələnmiş mütəxəssislər yox, eyni zamanda hərtərəfli inkişaf etmiş gənc nəsil yetişdirilməsindən, professor-müəllim heyətinin gərgin və səmərəli işindən, universitetin dünyanın aparıcı ali məktəbləri ilə hərtərəfli əlaqələrindən, maddi-texniki bazanın daim genişlənməkdə olmasından, həmçinin universitetin gələcəkdə həyata keçirəcəyi tədbirlərdən bəhs etdilər. Nəzərə çatdırıldı ki, dünyada universitetlərin reytinqini müəyyənləşdirən beynəlxalq nüfuzlu təşkilat – QS World University Pankings-in 2015/2016-cı tədris ili üçün reytinq cədvəlində Xəzər Universiteti dünyanın ən yaxçı 700 universiteti arasında yer almışdır. Qeyd olundu ki, universitetdə yeni qurum – Məzunlarla iş şöbəsi yaradılmışdır və bundan məqsəd universiteti bitirənlərlə müntəzəm əlaqə saxlamaqdır.
Sonra məzunlara diplomlar təqdim olundu. Diplomları H. İsaxanlı, H. Niknafs, fakültə dekanları, departament müdirləri və müəllimlər təqdim etdilər. Xatirə şəkilləri çəkildi. Təhsil fakültəsinin məzunu Lamiyə Hacılı məzunlar adından çıxış edərək, universitet rəhbərliyinə və professor-müəllim heyətinə minnətdarlıq bildirdi və onların etimadını döğruldacaqlarını söylədi.
Mərasim universitetin Musiqi və incəsənət departamentinin hazırladığı konsert proqramı ilə müşayiət olundu. On October 3, a ceremony for the 38th and 39th Khazar University graduations was held in the Dunya School auditorium. Graduates, parents, university administrators, faculty and staff participated in the event.

The ceremony began with the National Hymn of the Azerbaijan Republic. Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, and Dr. Hasan Niknafs, President of the University, congratulated the graduates and wished them success in their future lives. Speeches were made about the educational environment at the university which creates not only well-prepared specialists but also well-rounded young people; the hard-working faculty members; the many partnerships between the university and leading higher education institutions around the world; the constant improvement of facilities; and events that will be held in the university in the future. It was noted that Khazar University was ranked within the top 700 universities in the world by the 2015/2016 QS World University Rankings. It was also mentioned that the university has created a new division for Alumni Relations whose objective is to maintain contact with alumni.

Then diplomas were presented to graduates by H.Isaxanli, H.Niknafs, deans of schools and department chairs. Group photos were taken. Lamiya Hajili, graduate of the School of Education, made a speech on behalf of the graduates to thank the university administration and faculty as well as to say that graduates would live up to the university’s hopes.

The event was accompanied by a concert of the Department of Music and Fine Arts.