Xəzər Universitetinin tələbələri “Azərbaycanın tarixi – memarlıq irsi gənclərin gözü ilə” rəsm müsabiqəsinin qalibləri oldular Khazar University Students among Winners of “Heritage of Azerbaijan History and Architecture in the Eyes of Youth” Art Competition
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Xəzər Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Gazelli Group şirkəti, Bakı Biznes Mərkəzi və İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə may ayının əvvəllərində start götürmüş “Azərbaycanın tarixi – memarlıq irsi gənclərin gözü ilə” rəsm müsabiqəsi başa çatıb və qaliblər elan olunmuşdur. Müsabiqənin əsas məqsədi yeniyetmə və gənclər arasında milli-mədəni irsimizin təbliğ olunması idi.
Mayın 9-da Xəzər Universitetinin Mədəniyyət mərkəzində universitetin müəllimi, tanınmış xalçaçı rəssam Afaq Kərimovanın rəhbərliyi ilə müsabiqəyə təqdim olunmuş rəsmlərin ilkin texniki qiymətləndirilməsi keçirilmişdi.
Mayın 22-də “Atropat” otelinin terrasında müsabiqə iştirakçılarının rəsm əsərləri nümayiş etdirilmiş, finala vəsiqə qazanmış iştirakçılar elan olunmuşdu.
İyunun 6-da Bakı Biznes Mərkəzində müsabiqənin final mərhələsi keçirildi. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, Gazelli Group şirkətinin ümumi məsələlər üzrə prezident köməkçisi Gülarə Əliyeva, rəssam-heykəltəraş Fərman Qasımov və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Ramin Cəfərovdan ibarət münsiflər heyəti tərəfindən qaliblər elan olundu.
Münsiflər heyətinin qərarına əsasən, Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin birinci kurc tələbəsi Aytac Hafizova “Azərbaycan” adlı rəsm əsərinə görə I yerə, İqtisadiyyat və menecment fakültəsinin birinci kurs tələbəsi Lamiyə Müslümova “Şirvanşahlar sarayı” rəsm əsərinə görə III yerə layiq görüldülər. Bakının Binəqədi rayonundakı Azər Məmmədov adına 115 saylı məktəbin şagirdi Zöhrə Saatova “İçərişəhər” adlı rəsminə görə II yeri tutdu.
Münsiflər heyətinin üzvləri öz çıxışlarında tədbirin milli-mənəvi dəyərlərin qorunması kontekstində əhəmiyyətindən, gənc rəssamların təqdirəlayiq fəaliyyətindən söz açdılar.
Qaliblər layihənin sponsoru olan Gazelli Group şirkəti tərəfindən qiymətli hədiyyələrlə və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun diplomları ilə mükafatlandırıldılar. Finala çıxmış bütün iştirakçılara Xəzər Universitetinin sertifikatları və hədiyyələri təqdim olundu.
Qalibləri təbrik edir, onlara yeni uğurlar arzulayırıq.
On May 9th, the first technical evaluation of submitted works was carried out in Khazar University’s Cultural Center under the leadership of well-known textile artist Afag Karimova.
On May 22nd, works were exhibited on the terrace of the Atropat Hotel and participants accepted to the final round were announced.
On June 6th, the final round of the competition was held at Baku Business Center. Winners were announced by members of the jury, including Professor Maisa Rahimova, Director of the ANAS Archeology and Ethnography Institute; Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees; People’s Artist Aghaeli Ibrahimov, Secretary of the Artists’ Union; Associate Professor Firdovsiyya Ahmadova, Department Chair of the State Administration Academy of the President of the Azerbaijan Republic; Gulara Aliyeva, Assistant to the President for General Affairs of Gazelli Group; Farman Gasimov, sculptor; and Ramin Jafarov, Youth Fund representative of the Presidential Administration of the Azerbaijan Republic.
According to the jury’s decision, first-year student of Khazar University School of Humanities and Social Sciences Aytaj Hafizova took 1st place with her painting “Azerbaijan;” and first-year student of the Khazar University School of Economics and Management Lamiya Muslimova took 3rd place with her work “Shirvanshahlar’s Palace.” Zohre Saatova, student of the School Number 115 named after Azer Mammadov of the Binagadi District, took 2nd place with “Icherisheher.”
Jury members made speeches about the importance of the contest in the context of preserving national values as well as the young artists’ praiseworthy works. At the end of the event, the winners were announced. Gazelli Group, sponsor of the project, gave valuable gifts to the winners. They were also given certificates from the Archeology and Ethnography Institute. All the participants in the final round were given certificates of appreciation and gifts from Khazar University. We congratulate all the winners and wish them further success.





