Beynəlxalq Əlaqələr Ofisi Xəzər Universitetinin Beynəlxalq Təqaüd Proqramının ilkin nəticələri barədə hesabat verdi International Affairs Office Reports on Preliminary Results of Khazar University International Scholarship Program

2015/06/11

2015-ci il iyunun 9-da Beynəlxalq Əlaqələr Ofisi Xəzər Universiteti Beynəlxalq Təqaüd Proqramının ilkin nəticələri barədə hesabat vermək üçün Seçki Komitəsi ilə görüş keçirdi. Görüşün keçirilməsində əsas məqsədlərdən biri də Xəzər Universitetinin iştirak etdiyi mübadilə proqramlarının nəticələri barədə universitet administrasiyasını məlumatlandırmaq idi. Görüş Xəzər Universitetinin “Neftçilər” kampusunda keçirildi.
Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Akademik işlər üzrə prorektor professor Məhəmməd Nuriyev və Beynəlxalq əlaqələr üzrə prorektor Fərda Əsədov, fakültə dekanları, departament nümayəndələri və Beynəlxalq Əlaqələr Ofisinin işçi heyəti eştirak edirdilər.
Görüş Beynəlxalq Təqaüd Proqramının təqdimatı ilə başladı. Turan Cəfərova iştirakçılara daxil olmuş ərizələr barədə statistik məlumatı, keçənilki rəqəmlərlə müqayisəni, dərəcə, fakültə, ölkə və digər göstəricilər üzrə təsnifləndirərək, məlumat verdi.
Fərda Əsədov seçim prosesi, onun mərhələləri, Seçki Komitəsinin öhdəlikləri və prosesin uğurla başa çatdırılması üçün lazım olan resurslar barədə ətraflı danışdı. Şəbnəm Nəcəfzadə Erasmus Mundus və Mevlana mübadilə proqramlarının builki statistikası barədə hesabat verdi.
Görüş müzakirə və gələcək mərhələlərlə bağlı təkliflərin səsləndirilməsindən sonra başa çatdı.
On June 9, 2015, the International Affairs Office called a meeting to report on preliminary results of Khazar University International Scholarship Program (KUISP), to meet with the prospective selection committee members as well as to inform the university administration about the results of the exchange programs the University participates in. The event was held on the Neftchilar campus of Khazar University.

Participants included professor Hamlet Isaxanli (Founder, Chairman of the Board of Directors and Trustees), Vice-Rectors for Academic and International Affairs, Deans of schools, department representatives, and International Affairs Office staff.

The meeting started with a presentation about the preliminary results of KUISP. Turan Jafarova informed the meeting participants about the number of applications received, and provided a comparison with the last year’s figures, presented breakdowns of figures by levels of study, schools, countries, and other important statistical information.

Farda Asadov spoke about the selection process, its stages, responsibilities of the selection committee members, and the resources needed to successfully carry out the process. Shabnam Najafzadeh reported on progress with Erasmus Mundus and Mevlana Programs.

The meeting ended with a discussion and suggestions about future steps.