Bakı Xəzər Rotary Klubunun kitabxanamıza hədiyyəsi Baku Khazar Rotary Club’s Gift to Khazar Library
2015-ci il mayın 25-də Bakı Xəzər Rotary Klubu (BXRK) Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzinə çoxlu sayda kitab hədiyyə etdi. 1980-ci illərdən bəri çap olunmuş 730 kitab BXRK başqanı Ali Burak Apaydın tərəfindən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya təqdim olundu. BXRK-ya yaxın şəxslərdən birinin qayınatasından miras qalmış bu kitabların əksəriyyəti rus dilindədir.
H.İsaxanlı hədiyyəyə görə təşəkkürünü bildirdi, BXRK-nın gələcək dönəm başqanı Oğuz Pardünün də iştirakı ilə birgə layihələrin həyata keçirilməsi məsələsi müzakirə olundu.
H.Isaxanli thanked the Club for the books. He and Apaydin discussed the possibility of implementing other projects with the participation of Oghuz Pardun, who will be president of the BKRC for the next term.





