Gürcüstan Universiteti nümayəndələri “Xəzər”də Representatives from University of Georgia Visit Khazar
2015-ci il mayın 25-də Gürcüstan Universitetinin prezidenti Manana Sanadze və universitetin rektoru Konstanin Topuria Xəzər Universitetində oldular və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdülər. Görüşdə prorektorlar Məhəmməd Nuriyev, Fərda Əsədov, İnstitut Araşdırmalar Mərkəzinin direktoru Rafiq Əhmədov, Humantiar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov, İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva da iştirak etdilər.
Görüşdə Xəzər Universiteti ilə Gürcüstan Universiteti arasında tələbə və müəllim mübadilələri, yay məktəbləri, elmi konfranslar, neft mühəndisliyi sahəsində birgə dərəcə layihələri haqqında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olundu.





