İran kinosunun ulduzları Xəzər Universitetində Iranian Actresses Visit Khazar

2015/05/25

2015-ci il mayın 22-də Xəzər Universitetinin Mərmər salonunda İran İslam Respublikasının tanınmış aktrisaları Laleh və Sitareh Eskandari bacıları ilə universitet kollektivinin görüşü keçirildi. Görüşü fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqublu açaraq, İran İslam Respublikasından gələn sənətkarlar haqqında məlumat verdi.
Sonra sözü Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya verdi. H.İsaxanlı salona toplaşanları salamlayaraq, sənət adamları ilə görüşün hər zaman bir bayram olduğunu vurğuladı. O, İran İslam Respublikasından və Azərbaycandan olan sənət adamlarının bir yerdə olmasını müsbət qiymətləndirdi.
Daha sonra Laleh və Sitareh Eskandari bacılarının həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirildi. Filmin nümayişinin ardınca Laleh və Sitareh bacıları növbə ilə kürsüyə çıxdılar. Onların hər ikisi Xəzər Universitetinə, şəxsən H.İsaxanlıya dəvət üçün dərin təşəkkürlərini bildirdilər və Azərbaycanı çox sevdiklərini söylədilər. Hər iki aktirisa onlara ünvanlanan çoxsaylı sualları cavablandırdılar.
Azərbaycanın Respublikasının xalq artistləri Rasim Balayev, Ramiz Həsənoğlu, Afaq Bəşirqızı, əməkdar artist Xalidə Quliyeva, Azərbaycan Professional Kino Gildiyasının Baş direktoru Şahidə Tacəddin və digərləri çıxış edərək, belə bir görüşün təşkili üçün Xəzər Universitetinə və İran İslam Respublikasından gələn qonaqlara təşəkkür etdilər. İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzinin direktoru İbrahim İbrahimi çıxış edərək, sənət adamlarını və salona toplaşanları səmimi salamladı. O, hər iki ölkənin sənət adamlarının birgə görüşünü yüksək qiymətləndirdi və bu görüşü təşkil edən Xəzər Universitetinin rəhbərliyinə, şəxsən H.İsaxanlıya dərin təşəkkürünü bildirdi.
Sonda xatirə şəkilləri çəkildi və qonaqların şərəfinə ziyafət verildi.

 

 

  On May 22, 2015, Laleh and Setareh Eskandari, sisters and famous actresses from the Iran Islamic Republic, visited Khazar University and held a meeting in the Marble Hall.
Dr. Mail Yagub, Head of the Department of Philosophy, opened the meeting and introduced the Iranian guests.
Then Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, greeted the audience and said that every meeting with artists is like a celebration at the university. He was glad for the gathering of Azerbaijani and Iranian professionals.
Then film clips covering the lives and creative work of Laleh and Setareh Eskandari were shown. The sisters took the floor one by one after the films. They each thanked Prof. Isaxanli for the invitation and said that they loved Azerbaijan very much. Each actress answered many questions posed by the audience.
Rasim Balayev, Ramiz Hasanoghlu, and Afaq Bashirgizi, People’s Artists of the Azerbaijan Republic; Khalida Guliyeva, Meritorius Artist; Shadida Tajeddin, Director of the Azerbaijan Professional Film Guild; and others made speeches thanking Khazar University for the organization of the event and thanking the actresses for visiting. Ibrahim Ibrahimi, Director of the Iran Islamic Republic Cultural Center in Baku, also made a speech in which he sincerely greeted the artists and the audience. He highly evaluated the meeting of the two countries’ artists and thanked the administration of Khazar, particularly Prof. Isaxanli, for organizing the event.
Then a group photo was taken and dinner was served in honor of the guests.