Xəzər Universitetinin əməkdaşları akademik Ziya Bünyadovun kitabının təqdimat mərasimində Khazar Administrators at Presentation of Academic Ziya Buynadov’s Book
2015-ci il mayın 14-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində görkəmli şərqşünas-alim, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun ingilis dilində çap olunmuş “Xarəzmşahlar –Anuştəqinilər dövləti. 1097-1231” kitabının təqdimat mərasimi keçirildi. Tədbir Milli Azərbaycan Tarixi Muzeyi, Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu və Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi ilə birlikdə təşkil olunmuşdur.
Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlı, Beynəlxalq əlaqələr üzrə prorektor Fərda Əsədov, Tarix və arxeologiya departamentinin müdiri dosent Roza Arazova, departamentin müəllimi Orxan Zamanov da iştirak edirdilər. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı, AMEA-nın vise-prezidenti İsa Həbibbəyli, AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Şahin Mustafayev, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Şerzod Fayziyev tədbirdə çıxış etdilər. On May 14, 2015, a ceremony was held at the National Azerbaijani History Museum run by ANAS to present the new English translation of the book “Xarəzmşahlar –Anuştəqinilər dövləti. 1097-1231” (A History of the Khorezmian State Under the Anushteginids, 1097-1231) by Academic Ziya Bunyadov, well-known orientalist and Soviet Union Hero. The ceremony was jointly organized by the National Azerbaijani History Museum, the Eastern Studies Institute named after Z.M.Bunyadov, and the Embassy of the Azerbaijan Republic to the Uzbekistan Republic.
Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees; Dr. Farda Asadov, Vice President for International Affairs; Associate Professor Roza Arazova, Head of the Department of History and Archeology; and Orkhan Zamanov, instructor of the same department, participated in the event. Speeches were made at the event by Academic Naila Valikhanli, Director of the National Azerbaijani History Museum; İsa Habibbeyli, Vice President of ANAS; Govhar Bakhshaliyeva, ANAS Correspondent Member and Director of the Eastern Studies Institute named after Z.M.Bunyadov; and His Excellency Sherzod Fayziyev, Ambassador Extraordinary and Plenipotentiary of the Uzbekistan Republic to the Azerbaijan Republic.