Koreya ilə bağlı seminar Seminar on Korea
Mayın 13-də Xəzər Universiteti, SEBA (Seul-Bakı) təşkilatı və Koreya Fondunun birgə təşkilatçılığı ilə universitetdə Koreya ilə bağlı seminar keçirildi. Seminarda Koreyadan qonaqlar ilə yanaşı universitet rəhbərliyi, Xəzər Universitetinin, Bakı Slayvan Universitetinin tələbələri və müəllimləri, SEBA nümayəndələri iştirak edirdilər.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açılış nitqində Koreya-Azərbaycan əlaqələrinin əhəmiyyətini vurğuladı, qonaqlara Xəzər Universiteti haqqında ətraflı məlumat verdi. Sonra Seul Dövlət Universitetinin profesoru Çung Hongik Koreyada təhsil haqqında geniş çıxış etdi. Hankuk Universitetinin Türk-Azərbaycanşünaslıq Departamentinin müəllimi professor Oh Çongjin Koreya-Azərbaycan siyasi əməkdaşlıq tarixindən danışdı.
Sonda qonaqlar iştirakçıların suallarını cavablandırdılar. On May 13, 2015, a seminar on South Korea was held at Khazar University with the joint coordination of the university, SEBA (Seoul-Baku) organization, and Korea Foundation. Participants included Korean guests, university administrators, students and instructors of Khazar and Baku Slavic University, and SEBA representatives.
Professor Hamlet Isaxanli, founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, opened the event, emphasizing the importance of Korean-Azerbaijani relations and briefly introducing the university. He gave the floor to Professor Dr. Chung Hongik, professor emeritus at Seoul National University, who spoke about education in Korea. Then Prof. Dr. Oh Chongjin, Chair of the Department of Turkish-Azerbaijani Studies at Hankuk University, spoke about the history of diplomacy between Korea and Azerbaijan.
At the end of the event, the guests answered students’ questions.