Dissertasiyanın ilkin müzakirəsi keçirildi Dissertation Pre-Defense Held
2015-ci il aprelin 24-də Xəzər Universitetinin sosial fəlsəfə ixtisası üzrə doktorantı Xəyalə Məmmədovanın “Azərbaycan cəmiyyətinin sosial-mədəni inkişafının gender aspektləri” mövzusunda dissertasiyasının ilkin müzakirəsi keçirildi. Müzakirədə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlı, Xəzər Universiteti Magistratura, Doktoranrura və Elmi İşlər bölməsinin müdiri fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Eldar Şahgəldiyevlə yanaşı, AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşları, professor Afaq Rüstəmova, professor Əlikram Tağıyev və Mahrux Nəcəfli iştirak edirdilər.
Doktorant öz təqdimatında sosiallaşma prosesində gender meyarları, müxtəlif sahələrdə ortaya çıxan gender problemlərinin mənşəyi, onların həlli yolları, elm və təhsil sahəsində gender münasibətləri və s. kimi problemlərdən danışdı. Təqdimatdan sonra doktorant iştirakçıların suallarını cavablandırdı. Müzakirə iştirakçıları lehinə səs verməklə dissertasiyanın müdafiəyə təqdim olunması haqqında qərar verdilər. On April 24, 2015, a preliminary discussion of the thesis on “Gender Aspects of Socio-cultural Development of Azerbaijani Society” of doctoral candidate in Social Philosophy Khayala Mammadova was held.
Professor Hamlet Isaxanli, the university founder and Chairman of the Board of Directors and Trustees, Dr. Eldar Shahgaldiyev, head of the Khazar University Division of Graduate Studies and Research, and members from the ANAS Institute of Philosophy and Law, Prof. Afag Rustamova, Professor Alikram Tagiyev and Mahrukh Najafli participated in the discussion.
Khayala Mammadova touched upon the problems of gender criteria in the socialization process, the origin of gender problems in different areas and their solutions, and gender relations in education and science in her presentation. After the presentation, the candidate answered participants’ questions. All the participants voted in favor of the thesis and approved it for the defense.