“Xəzər Universitetində Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim kursu” uğurla başa çatdı Khazar University’s Training Course for Potential School Directors Successfully Completed

2015/04/28

Kursu bitirənlərə sertifikat təqdim olundu

Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktəblərin idarə edilməsi üzrə apardığı islahatları dəstəkləmək məqsədilə UNICEF və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə noyabrın 17-də universitetin Neftçilər kampusunda başlamış “Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim kursu” uğurla başa çatmışdır. Qeyd edək ki, bu, Xəzər Universitetində kursun ilk buraxılışıdır və kurs yeni qəbul edilmiş müdavimlərlə davam etməkdədir.
Təlimin əsas məqsədi ölkədəki yeni təhsil strategiyasına və təhsil islataına uyğun olaraq məktəb direktorlarının və gələcəkdə bu sahədə fəaliyyət göstərmək istəyən təhsil işçilərinin bilik və bacarıqlarını artırmaq, onları dünyadakı səmərəli idarəetmə təcrübəsi ilə tanış etməkdir. Bu məqsədlə 9 fənn (İKT, Kurikulumun tətbiqi və idarə edilməsi, Təhsilin idarə olunması, Statistika və məlumatların təhlili, Maliyyə və mühasibat uçotu, Qanunvericilik və təhsil hüququ, Təhsil psixologiyası, Psixometrika, Kitabxana – İnformasiya Mərkəzi Resursları) üzrə həftədə 4 gün 16 saat olmaqla keçirilən dərslər 12 həftə davam etmişdir.
Təlimlər zamanı layihə çərçivəsində universitetin Mərmər salonunda “Qonaq Mühazirəçilər Seminarları” fəaliyyət göstərmişdir. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Təhsildə idarəetmə: nəzəriyyə və təcrübə” adlı mühazirə-müzakirə formatındakı ilk seminarı ilə başlayan tədbir sonrakı müddətdə davam etdirilmişdir. Təhsil Nazirliyinin əməkdaşı Emin Əmrullayev “Ümumtəhsil məktəblərində idarəetmə problemləri” mövzusunda mühazirə oxumuş, Bakı şəhərinin məşhur məktəblərindən olan 23 saylı məktəbin direktoru Yulya Kərimova sual-cavab şəklində seminar keçirmişdir. Seminarlardan sonra iştirakçıların sualları ətraflı cavablandırılmışdır. İştirakçılar üçün digər mövzularda da seminarlar keçirilmişdir.
Kursun məşğələlərində iştirakçıların təqdimatları olmuş, müzakirələr aparılmış, çay süfrələri ətrafında söhbətlər keçirilmişdir. Onlar kursun çox əhəmiyyətli olduğunu, əldə etdikləri nəzəri və təcrübi bilikləri öz işlərində tətbiq edəcəklərini bildirmişlər. İştirakçılar Xəzər Universitetinin “Dünya” məktəbi ilə də tanış olmuş, onlara H. İsaxanlının Azərbaycan, rus və ingilis dillərində çap olunmuş “Xəzərin sorağında” kitabı təqdim edilmişdir.
Aprelin 24-də Xəzər Universitetinin Mərkəz kampusundakı “Dünya” konfrans salonunda kursu bitirmiş 87 nəfərə “Peşəkar İnkişaf Sertifikatı” təqdim olunması münasibətilə mərasim keçirildi. Mərasimi H. İsaxanlı açaraq, geniş çıxış etdi. O, kursun əhəmiyyətindən danışıb, UNICEF və Təhsil Nazirliyinə təşəkkürünü bildirdi və UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Şilakadzeyə təşəkkür plaketi təqdim etdi. A. Şilakadze təşəkkür plaketinə görə minnətdarığını bildirdi və UNICEF-in təhsil sahəsində həyata keçirdiyi proqramlar haqqında geniş məlumat verdi. Təhsil Nazirliyinin nümayəndəsi E. Əmrullayev çıxışında Xəzər Universitetində keçirilmiş kursu yüksək qiymətləndirdi və məktəb rəhbərləri qarşısında duran vəzifələrdən danışdı.
Sonra sertifikatların təqdim olunması mərasimim başlandı. Sertifikatları H. İsaxanlı, A. Şilakadze və E. Əmrullayev təqdim etdilər. Xatirə şəkilləri çəkildi.
Kursu bitirənlər adından Sevinc Mustafayeva və Əliqismət Səfərov çıxış edərək, layihə rəhbəri – Xəzər Universiteti İnkişaf mərkəzinin direktoru Raziyə İsayevaya və layihə koordinatoru – Xəzər Universiteti Təhsil fakültəsinin dekanı Elza Səmədovaya və layihənin digər təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.
Mərasim iştirakçılarına Xəzər Universiteti Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqovanın rəhbərliyi ilə universitetin Kamera orkestrinin, oğlanlardan və qızlardan ibarət rəqs qruplarının konserti təqdim olundu. Xəzər Universitetinin müəllimi Məhsəti Cabbarova müxtəlif mahnılar ifa etdi.
Mərasim xoş əhval-ruhiyyə ilə başa çatdı.
The “Management Training Course for Potential School Directors,” which was carried out to support educational reforms of the Azerbaijan Republic Ministry of Education, was launched on November 17 at Khazar University’s Neftchilar campus and was completed on April 24th. This was the first session of the course, which will now be offered again with a new group of participants.

The main objective of the project was to increase the knowledge and skills of school directors and educational workers interested in working as school directors in the future in accordance with the new education strategy and the educational reforms of the country. The training also aimed to help the participants learn to apply global experience in the area of school administration. For this purpose, the training course offered lessons in 9 subjects (ICT, curriculum application and management, educational administration, statistics and analysis, finance and accounting, legislation and education law, educational psychology, psychometrics, and library-information center resources) for four days a week (16 course hours a week) for a total of 12 weeks.

During the course, a “Guest Lecture Seminar” series was held for participants in the university’s Marble Hall. The first lecture was given by Professor Hamlet Isaxanli, Founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, on the topic of “Educational Administration: Theory and Practice.” Other guest lectures were given by Emin Amrullayev of the Ministry of Education on the topic of “Administrative Problems in General Schools” and by Yulia Kerimova, Director of School number 23 (a well-known school in Baku), who held a question-and-answer session. After each seminar, participants’ questions were answered. Other lectures were also arranged for the participants.

The course’s classroom sessions included presentations for the participants, discussions, and conversations over tea. The participants stated that the course was very significant for them and that they had been able to apply theoretical and practical knowledge gained through the course. The participants also visited Khazar University’s affiliate Dunya School. They were given copies of Hamlet Isaxanli’s book “In Search of Khazar,” which is printed in the Azerbaijani, Russian and English languages.

On April 24th, a ceremony was held in Khazar University’s downtown campus in the World Conference Hall to award Professional Development Certificates to the 87 participants who had successfully completed the course. Opening the ceremony, H.Isaxanli made a speech about the significance of the course. He thanked UNICEF and the Ministry of Education for their support, and he presented a plaque to Andro Shilakadze, the Director of UNICEF’s Azerbaijan office. A.Shilakadze thanked the university for the plaque and spoke about UNICEF’s programs in the educational field. Then E.Amrullayev, representative of the Ministry of Education, spoke highly of the course and noted the challenges remaining for the course alumni.
Then certificates were presented by H.Isaxanli, A.Shilakadze, and E.Amrllayev. Group photos were taken.
Sevinj Mustafayeva and Aliqismat Safarov made speeches on behalf of the graduates. They thanked Raziya Isayeva, the project director and Khazar University’s Development Director; Elza Samadova, the project coordinator and Dean of the School of Education; and others involved in the organization of the course.

Then a concert was performed under the leadership of Zulfiyya Sadigova, head of the Khazar University Department of Music and Fine Arts, including performances of the university’s chamber orchestra as well as boys’ and girls’ dance ensembles. Mehseti Jabbarova, vocal instructor, performed several songs.
The ceremony ended in a pleasant atmosphere.