Elbistan Məslək Yüksək Okulunda Xəzər Universitəsi kollektivinin konserti Khazar University Concert in Elbistan Vocational College

2015/04/08

2015-ci il martın 13-ündə xalq artisti Samir Cəfərov və xanımı ilə birlikdə Xəzər Universitəsinin nümayəndə heyəti Kahramanmaraşın Elbistan vilayətində oldular. Elbistan MYO (Məslək Yüksək Okulu) – texnikumunun yeni təyin edilmiş müdiri, dosent Mustafa Küsek, Vilayət Jandarma Komandanı, polkovnik Şahin Çelik və digər şəxslər Xəzər Universitəsi rəhbərliyini çox səmimi qarşıladılar. Birlikdə nahar edildi. Texnikumun konsert salonunda isə hər kəs öz yerini almışdı. Türkiyənin və Azərbaycanın rəsmi dövlət himnləri ilə konsert proqramı açıq elan edildi. Rəngarəng konsert proqramı salondakılar tərəfindən sürəkli alqışlarla qarşılandı. Xalq artisti Samir Cəfərovun, Məhsəti Cabbarın, Elçin Feyzullanın, Günel Səbzəlinin, Musa Abdullanın ifaları, rəqqasların rəngarəng rəqsləri salondakıları valeh etmişdi. Profesoor H.İsaxanlı səhnəyə qalxaraq salona toplaşanlara dərin təşəkkürünü bildirdi. Texnikumun rəhbərliyi tərəfindən professor H.İsaxanlıya Elbistan Vilayətinin tablosu təqdim edildi. Xatirə şəkilləri çəkildi.Proqrama uyğun olaraq, axşam Xəzər Universitəsinin kollektivi Afşin Asabi-Kehf ziyarətinə yollandı.1200 illik tarixi olan ziyarətgah hər kəsin böyük marağına səbəb oldu. Bələdçi ziyarətgah haqqında geniş və dolğun məlumat verdi. Ziyarətgahdan sonra Afşin Bələdiyyə Başqanlığı tərəfindən “xəzərli”lərə rəsmi ziyafət verildi. Ziyafətdə Xəzər Universitəsi rəhbərliyinə və qrupun bütün üzvlərinə təşəkkür edildi. Professor H.İsaxanlı da göstərdiyi qonaqpərvərliyə görə Afşin Bələdiyyə Başqanı Mehmet Fatih Güvenə və bütün hər kəsə dərin təşəkkürünü bildirdi. On March 13, a Khazar University delegation visited the Turkish Province of Elbistan along with People’s Artist Samir Jafarov and his wife. Associate Professor Mustafa Kusek, the new director of Elbistan Vocational College, Colonel Shahin Chelik, Province Gendarmie Commander, and others received the Khazar University administrators. They had lunch together. Then they gave a concert in the concert hall of the college. The concert was opened with the national anthems of Turkey and Azerbaijan. The diverse program was met with sincere applause from the audience. Performances were made by People’s Artist Samir Jafarov, Mehseti Jabbarli, Elchin Feyzulla, Gunel Sebzeli, Musa Abdulla and dance ensembles. Professor H.Isaxanli expressed his deep gratitude to the audience. The college administration gave H.Isaxanli a painting of the Elbistan Province. Photographs were taken. In accordance with the trip itinerary, the Khazar University collective headed to the Asabi-Kehf site in Afshin in the evening. This 1200-year-old pilgrimage site was very interesting to the visitors. A guide gave detailed information about the site. After the visit, the Afshin District Executive Body served a formal dinner for the guests. At the dinner, the Khazar University administration and all the delegation members were thanked. Professor H.Isaxanli also expressed his appreciation to Mehmet Fatih Guven, the Head of the Afshin District Executive Body, and to everyone else for their hospitality.