Xəzər Universitəsinin rəhbərliyi Kahramanmaraş şəhər valəliyində və Böyükşəhər Bələdiyyəsində rəsmi görüşlərdə Khazar University Administrators Meet with Valise of Kahramanmaras and Boyuksheher District
2015-ci il martın 13-ündə saat 09:30-da Kahramanmaraş valisi Mustafa Hakan GüvençerXəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlını və İctimai Əlaqələr və Media üzrə direktor Əlövsət Əmirbəylini qəbul etdi. Yarım saat nəzərdə tutulmuş görüş bir saatdan artıq davam etdi.Görüşün sonunda Xəzər Universitəsi adından Kahramanmaraş valisi M.H.Güvençere H.İsaxanlının “Hazana övgü” kitabı və hədiyyə təqdim edildi. Xatirə şəkilləri çəkildi. Görüşdə Kahramanmaraş İl Jandarma Komandanı, general Coşkun Doğan, Sütçü İmam Universitəsinin prorektoru, professor İsmayıl Bakan iştirak etdilər. Kahramanmaraş valisi M.H.Güvençer də H.İsaxanlıya və Əlövsət Əmirbəyliyə hədiyyələrini təqdim etdi.
Həmin gün proqrama uyğun olaraq, saat 11:00-da Kahramanmaraş Böyükşəhər Bələdiyyə başqanı Fatih MehmetErkoçXəzərUniversitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlını və İctimai Əlaqələr və Media üzrə direktor Əlövsət Əmirbəylini qəbul etdi. Bələdiyyə Başkanı F.M.Erkoç Bakı şəhərində Xəzər Universitəsi ilə birlikdə “Kahramanmaraşlılar Günü” keçirməyi təklif etdi. Xoş və uzun sürən görüşün sonunda Bələdiyyə başqanına Xəzər Universitəsinin hədiyyəsi təqdim edildi. Bələdiyyə başqanı F.Erkoç da professor H.İsaxanlıya və Ə.Əmirbəyliyə KahramanmaraşBöyükşəhər Bələdiyyəsi adından hədiyyələrini təqdim etdi. Xatirə şəkilləri çəkildi. Görüşdə Sütçü İmam Universitəsinin prorektoru, professor İsmayıl Bakan iştirak etdi. On March 13, Mustafa Hakan Guvencer, the valise of Kahramanmaras, met with Professor Hamlet Isaxanli, founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, and Alovsat Amirbeyli, Khazar University’s Head of Public Relations and Media. The meeting had been planned for half an hour, but it lasted over an hour. At the end of the meeting, M.H.Guvencer was given a gift and a copy of H.Isaxanli’s “Hazana övgü” (Praise to Autumn) poetry collection on behalf of Khazar University. Photographs were taken. General Coskun Dogan, the Commander of Kahramanmaras Provincial Gendarmerie, and Sutcu Imam University Vice President Ismayil Bakan also participated in the meeting. The Valise of Kahramanmaras, M.H.Guvencer, also presented gifts to H.Isaxanli and A.Amirbeyli.
On the same day at 11:00, Fatih Mehmet Erkoc, the Head of the Boyuksheher District of Kahramanmaras, met with Professor Hamlet Isaxanli and Alovsat Amirbeyli. F.M.Erkoc suggested that “Kahramanmaras Days” could be celebrated in Baku in collaboration with Khazar University. After the sincere meeting, Khazar University gifts were presented to the District Head. F.Erkoc also presented gifts on behalf of the Kahramanmaras Boyukseher District to H.Isaxanli and A.Amirbeyli. Photographs were taken. Sutcu Imam University Vice President Ismayil Bakan also participated in the meeting.