Kahramanmaraş Məslək Yüksək Okulunda Xəzər Universitəsi kollektivinin konserti Khazar University Concert in Kahramanmaras Vocational College

2015/04/08

2015-ci il martın 12-də saat 19:00-da Kahramanmaraş Məslək Yüksək Okulu (MYO) – texnikumun konsert salonundaXəzər Universitəsi musiqi kollektivininkonsert proqramı keçirildi. Sütçü İmam Universitəsinin rəhbərliyi, başda prorektor İsmayıl Bakan və digər çoxsaylı nümayəndələri, texniki heyət bütün konsert proqramlarının yüksək səviyyədə keçirilməsi üçün hər cür köməklik göstərirdilər. MYO-nun İdman salonu müəllim, tələbə və yerli sakinlərləağzına kimi dolu idi. Sütçü İmam Universitəsinin aparıcısı Mehmet Yaşar İdman salonuna toplaşanları salamlayaraq,konsert proqramını açıq elan etdi. İdman salonunun geniş səhnəsi Xəzər Universitəsi kollektivinin –Kamera orkestrinin, rəqs qruplarının və solistlərin ixtiyarına verilidi. Azərbaycandan olan tələbə Hemran Əmirli yenəproqramın bütün nömrələrini sıra ilə elan etdikcə, salona toplaşan tamaşaçıların alqışları və “Bir daha! Bir daha!” sədaları kəsilmək bilmirdi. İki saatdan artıq davam edən konsert proqramı alqışlar altında sona çatdı. Konsertdən sonra Uyğulama Hotelinin VİP salonunda Sütçü İmam Universitəsinin rektorluğu tərəfindən Xəzər Universitəsi nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət verildi. On March 12 at 19:00, a Khazar University delegation performed a concert in the Kahramanmaras Vocational College (KVV) Concert Hall/ Gymnasium. The administration of Sutcu Imam University, particularly Vice President Ismayil Bakan and other representatives and technical staff members provided a great deal of assistance to ensure that the concert would run smoothly.
The audience included KVV students, staff and local residents. Mehmet Yashar, the emcee for Sutcu Imam University, greeted the audience and gave an opening speech. He gave the floor to the Khazar University collective, including the Chamber Orchestra, dance ensembles and vocalists. While Hemran Amirli announced all the concert numbers, the audience applauded and yelled “Encore! Encore!” continuously. The concert program lasted over two hours and was met with heartfelt applause.
Then the administration of Sutcu Imam University organized a formal dinner for the Khazar University delegation that lasted late into the night.