“Xəzər Xəbər” jurnalının 20 illiyi münasibətilə mərasim keçirildi Jubilee Celebration for 20th Anniversary of Khazar Review Journal

2015/03/02

Fevralın 27-də Xəzər Universitetinin Mərmər salonunda “Xəzər Xəbər” jurnalının 20 illiyi münasibətilə mərasim keçirildi. Mərasim “Xəzər Xəbər” jurnalının 300-cü nömrəsinin çapdan çıxması münasibətilə universitetin Multimedia mərkəzinin hazırladığı filmin nümayişi ilə başlandı. Sonra “Xəzər Xəbər” jurnalının baş redaktoru, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, jurnalın yaranması, keçdiyi inkişaf mərhələləri haqqında geniş məlumat verdi, jurnalın kollektivini, müəllif və oxucularını yubiley münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı.
BDU-nun dosenti, tanınmış şair, publisist Knyaz Aslan, Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyat departamentinin müdiri Vurğun Əyyub, İngilis dili və ədəbiyyatı departamentinin müəllimi Firəngiz Nəsirova jurnalın müxtəlif fəaliyyət istiqmətlərindən danışdılar.
Dünya məktəbinin təsisçisi, “Dünya” jurnalının baş redaktoru, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurası sədrinin müşaviri Nailəxanım İsayeva “Xəzər Xəbər” jurnalının kollektivini “Dünya” məktəbi və “Dünya” jurnalı adından təbrik etdi.
“Xəzər Xəbər” jurnalının əməkdaşlarına və müəlliflərinə təşəkkürnamələr təqdim olundu. Təşəkkürnamələri H. İsaxanlı, prorektorlar Məhəmməd Nuriyev və İsaxan İsaxanlı, Humanitar və sosial elmlər Fakültəsinin dekanı Cabir Xəlilov təqdim etdilər.
Mərasimin rəsmi hissəsindən sonra iştirakçılara universitetin Musiqi və incəsənət departamentinin hazırladığı konsert proqramı təqdim olundu. Konsertdə departamentin müdiri, pianoçu Zülfiyyə Sadıqova, müğənnilər – əməkdar artist Ruhəngiz Musəvi və universitetin müəllimi Məhsəti Cabbarova, Arif Azərtürk (tar) və Elnur Babayev (skripka) iştirak etdilər.
On February 27th, an event was held in the Khazar University Marble Hall to mark the 20th anniversary of the publication of the Khazar Review journal. The event began with a film prepared by the Multimedia Center on the occasion of the printing of the journal’s 300th edition. Then Prof. Hamlet Isaxanli, the journal’s Editor in Chief as well as Founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, made a speech to give information about the journal’s establishment and its history. He congratulated the editorial staff, authors and readers on the occasion of the 20th anniversary and wished them further success.
Additional speeches were made by Knyaz Aslan, Associate Professor of Baku State University as well as well-known poet; Vurghun Eyyub, Head of the Department of Azerbaijani Language and Literature; and Firangiz Nasirova, Senior Instructor of the Department of English Language and Literature. Nailakhanim Isayeva, Founder of Dunya School, Editor in Chief of Dunya Journal, and Advisor to the Chairman of the Board of Directors and Trustees, spoke to offer congratulations on behalf of the Dunya Journal.
Certificates of Appreciation were given to editorial staff members and authors of the Khazar Review journal. They were presented by H.Isaxanli, Vice Presidents Mahammad Nuriyev and Isakhan Isakhanli, and Jabir Khalilov, Dean of the School of Humanities and Social Sciences.
After the formal part of the ceremony, the Department of Music and Fine Arts gave a concert including Department Head Zulfiyya Sadigova on piano, singers Honored Artist Rughangiz Musavi and university instructor Mahsati Jabbarova, and musicians Arif Azerturk (tar) and Elnur Babayev (violin).