Təsisçinin departamentə hədiyyəsi Gift from Founder to Department of History
Fevralın 24-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Tarix və arxeologiya departamentinə unikal xəritələr hədiyyə etdi. 50-dək olan bu xəritələrdə Azərbaycan tarixinin rus işğalı altında olan dövrü mərhələlərlə öz əksini tapmışdır. XVIII əsrin II yarısında mövcud olmuş Azərbaycan dövlətlərinin sərhədlərinin, etnik mənzərəsinin və müasir Azərbaycanın sərhədlərinin əks olunduğu vahid xəritə xüsusilə diqqəti cəlb edir.
Dərslərdə Azərbaycan tarixi üçün istifadə ediləcək vəsaitlərin zənginləşdirilməsi sahəsindəki bu təşəbbüsünə görə Tarix və arxeologiya departamenti H.İsaxanlıya minnətdarlığını bildirir.