Xəzər Universiteti Texnoparkı və Türkiyə MİTEK şirkətlər qrupunun birgə fəaliyyətinə həsr edilmiş konfrans keçirildi Conference on Khazar University Technopark and MITEK Group of Companies (Turkey)

2015/02/12

Fevralın 6-da universitetin Mərmər salonunda Xəzər Universiteti Texnoparkı və Türkiyə MİTEK şirkətlər qrupunun birgə fəaliyyətinə həsr edilmiş konfrans keçirildi.
Təhsil Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən konfransda Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, digər rayonların İcra Hakimiyyətlərinin müavinləri, Təhsil Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müavinləri və digər əməkdaşları, millət vəkilləri, Azərbaycan və Türkiyənin iş adamları, Xəzər universitetinin əməkdaşları iştirak edirdilər.
Konfrans Xəzər Universitetinin Kamera orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Himni və Türkiyə Cumhuriyyətinin İstiqlal Marşının oxunması ilə başladı. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı tədbiri açaraq, iştirakçıları salamladı və konfransın mövzusu ilə əlaqədar geniş çıxış etdi. Sonra MİTEK İdarə Heyətinin sədri Cenk Polat, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun, Təhsil Nazirinin müavini Firudin Qurbanov, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəliyev, Bakı şəhəri Nizani Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Xəzər Universitetində universitet və MİTEK şirkətlər qrupunun birgə fəaliyyəti ilə yaradılacaq texnoparkın əhəmiyyətindən danışdılar və bu işdə uğurlar arzuladılar.
Xəzər Universiteti ilə MİTEK şirkətlər qrupu arasında birgə fəaliyyət haqqında müqaviləni Hamlet İsaxanlı və Cenk Polat imzaladılar.
Konfransdan sonra “Şəki” restoranında konfrans iştirakçılarının şərəfinə ziyafət verildi.
On February 6, a conference on Khazar University Technopark and MITEK Group of Companies (Turkey) was held in the university’s Marble Hall with the support of the Ministry of Education and Ministry of Communications and High Technologies. Participants included the Ambassador Extraordinary and Plenipotentiary of the Republic of Turkey to Azerbaijan, senior officials including the deputy ministers from the Ministry of Education and Ministry of Communications and High Technologies, the Head of the Baku City Nizami District Executive Body along with the Deputy Heads of several Baku administrative districts, members of parliament, businessmen from Azerbaijan and Turkey, and Khazar University faculty and staff members.
The conference began with the Hymn of the Azerbaijan Republic and the Independence March of the Republic of Turkey, played by the Khazar University Chamber Orchestra and sung by the audience. Then Prof. Hamlet Isaxanli, Khazar University’s founder and Chairman of the Board of Directors and Trustees, made an opening speech to greet participants and give them detailed information about the conference theme. Then speeches were made by Cenk Polat, Chairman of the Executive Board of MITEK Group of Companies (Turkey); Ismail Alper Coskun, Ambassador Extraordinary and Plenipotentiary of the Republic of Turkey to Azerbaijan; Firudin Qurbanov, deputy to the Minister of Education; Elmir Valiyev, deputy to the Minister of Communications and High Technologies; Tahir Budagov, Head of the Baku City Nizami District Executive Body. Finally, an agreement was signed between Khazar University and MITEK Group of Companies. After the conference, a dinner was served for the guests at a local restaurant.