Xəzər Universitetində “Azərbaycanda ali təhsilin inkişafı və dünya reytinq cədvəlləri” mövzusunda mətbuat konfransı keçirildi Press Conference at Khazar University on “Development of the Higher Education System of Azerbaijan and World Ratings”
Yanvarın 15-də Xəzər Universitetində “Azərbaycanda ali təhsilin inkişafı və dünya reytinq cədvəlləri” mövzusunda mətbuat konfransı keçirildi. Tədbirdə AzTV, İctimai TV, “525-ci qəzet”, APA, “Xəbər-365” və digər ölkə mediasının nümayəndələri, universitetin əməkdaşları iştirak edirdilər.
Mətbuat konfransını Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, media mənsublarını salamladı və mövzu ilə bağlı geniş çıxış etdi. H. İsaxanlı qeyd etdi ki, son bir neçə ildə nüfuzlu beynəlxalq təşkilatların reytinq cədvəllərində Azərbaycan universitetləri də yer almağa başlayıb. Bu, Azərbaycanda ali təhsil sahəsində inkişaf və ciddi uğurlar olduğunun göstəricisidir. Lakin saytlarda, qəzetlərdə və digər KİV- lərdə bu haqda verilən məlumatlarda qeyri-dəqiq fikir, şərh və təhlillər yer alır, ali məktəblərin reytinq cədvəllərindəki yerləri yanlış göstərilir. Bəzi nüfuzlu təşkilatların reytinq cədvəlləri isə ümumiyyətlə diqqətdən kəharda qalır, bu haqda ictimaiyyətə məlumat çatdırılmır. H. İsaxanlı son dövrdəki reytinq cədvəllərində Xəzər Universietinin tutduğu yerlər haqqında həmin cədvəlləri nümayiş etdirməklə aydın izahat verdi.
H. İsaxanlı sözünə davam edərək, dünyada ali təhsil müəssisələrinin reytinqini müəyyənləşdrən nüfuzlu təşkilatlar – QS, WEBOMETRICS və QS, WEBOMETRICS haqqında ətraflı məlumat verdi və onların reytinqləri müəyyənləşdirərkən əsas götürdükləri meyarları nəzərə çatdırdı.
Sonra H. İsaxanl media nümayəndələrinin suallarını cavablandırdı və mətbuat konfransında iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirdi. On the 15th of January, a press conference took place at Khazar University based on “development of the higher education system of Azerbaijan and world ratings.” AzTV, Public TV, 525 Newspaper, APA, News-365 and other representatives from the country’s media participated in this event along with staff members of the university.
Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of the Board of Directors and Trustees, made an opening speech together with a remarkable presentation on the subject. H. Isaxanli pointed out that in recent years, Azerbaijani universities have begun to earn their place in reputable global university rankings. This is a sign of serious development and success in the field of higher education in Azerbaijan. However, many media agencies have published inaccurate information or have displayed incorrect ranking tables on websites, in newspapers and in other forms of media. Certain reputable organizations have completely overlooked these rankings, leaving the public uninformed about them. H. Isaxanli presented the latest ranking tables and Khazar University’s place in them.
Later in his speech, H. Isaxanli gave detailed information on QS and WEBOMETRICS, the top organizations that rank universities, and mentioned the main principles used by these organizations in the process of ranking. Later H. Isaxanli answered the questions of media representatives and thanked them for their participation in the conference.