Xəzər Universitetində ali məktəblərin reytinq cədvəllərinə aid mətbuat konfransı keçiriləcək Press conference to be held at Khazar University on university ratings

2015/01/14

Son bir neçə ildə dünyada fəaliyyət göstərən nüfuzlu təşkilatların reytinq cədvəllərində Azərbaycan universitetləri də yer almağa başlayıb. Bu, Azərbaycanda ali təhsil sahəsində inkişafın və ciddi uğurların olduğunun göstəricisidir. Lakin müxtəlif kütləvi informasiya vasitələrində – saytlarda, qəzetlərdə və digər KİV-də bu haqda verilən məlumatlarda qeyri-dəqiq fikir və şərhlər yer alır, ali məktəblərin reytinq cədvəllərindəki yerləri yanlış göstərilir. Bəzi nüfuzlu təşkilatların reytinq cədvəlləri isə ümumiyyətlə diqqətdən kənarda qalır, bu haqda ictimaiyyətə məlumat çatdırılmır. Bunu nəzərə alaraq Xəzər Universitetində “Azərbaycanda ali təhsilin inkişafı və dünya reytinq cədvəlləri” mövzusunda Mətbuat konfransı keçirilir. Məmnuniyyətlə Sizi həmin tədbirə dəvət edirik.(Press-Reliz Mətbuat konfransında tədqim ediləcək)

Hörmətlə,

Prof. Hamlet İsaxanlı
Direktorlar və Qəyyumlar Şurasının sədri

Tarix: 15 yanvar 2015-ci il
Tarix: Saat: 11:00
Ünvan: Məhsəti küçəsi 41 (Neftçilər metrosunun yaxınlığı), Xəzər Universiteti, Mərmər salon
Əlaqə: 050 (200 60 58) (İsaxan İsaxanlı)
050 (321 31 69) (Əlövsət Əmirbəyli)
In recent years, Azerbaijani universities have begun to earn their place in reputable global university rankings. This is a sign of serious development and success in the field of higher education in Azerbaijan. However, many media agencies have published inaccurate information or have displayed incorrect ranking tables on websites, in newspapers and in other forms of media. Certain reputable organizations have completely overlooked these rankings, leaving the public uninformed about them. Taking this into account, Khazar University will hold a press conference entitled “Development of Higher Education in Azerbaijan and World University Ratings.” It is our pleasure to invite you to this event (a press release will be provided at the press conference).

Respectfully,

Prof. Hamlet Isaxanli
Chairman, Board of Directors and Trustees

Date: 15 January 2015
Time: 11:00
Address: 41 Mahsati st (near Neftchilar metro station), Khazar University, Marble Hall
Phone: 050 (200 60 58) (Isakhan Isakhanli)
050 (321 31 69) (Alovsat Amirbeyli)