Akademik departamentlərin saytdakı bölmələrinin reytinqinə aid iclas Meeting on Internal Ranking of Academic Departments’ Websites
Dekabrın 26-da Xəzər Universitetində akademik departamentlərin universitet saytındakı bölmələrinin reytinqi ilə bağlı ikinci iclas keçirildi. İlk iclas mayın 20-də keçirilmişdi. Həmin vaxtdan sonrakı müddət ərzində bölmə saytlarındakı inkişafı izləmək məqsədi daşıyan tədbirdə universitet rəhbərliyi, fakültə dekanları və departament müdirləri iştirak edirdilər.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı iclası açaraq, akademik departamentlərin saytdakı bölmələrinin informasiya ilə təmin olunmasının mühüm əhəmiyyətini və zəruriliyini vurğuladı.
Keyfiyyətin təminatı mərkəzinin direktoru Lyudmila Sotova təqdimatla çıxış edərək, yeni reytinq cədvəlini açıqladı və bölmə saytlarının məzmunu və dizaynı haqqında ətraflı məlumat verdi.
Reytinqin nəticələri iştirakçılar tərəfindən müzakirə edildi və bu sahədəki işlərin təkmilləşdirilməsinin vacibliyi qeyd olundu. On December 26, 2014 a meeting was held at Khazar University to discuss an internal ranking of academic departments’ webpages. The first such meeting had been held on May 20th, after which a set amount of time was given to department heads, deans and administration to make changes and improve the webpages.
Professor Hamlet Isaxanli, Khazar University’s founder and chairman of the Board of Directors and Trustees, opened the meeting emphasizing the high priority of having informative webpages. Then his speech was followed by a presentation of Lyudmila Sotova, Head of the Quality Assurance Center, who gave information on new ranking results and spoke about the websites’ content and design.
The rating results were discussed in the meeting, and participants noted the importance of finishing the improvements in these areas.