Ankara səfərinin yekunlarına həsr olunmuş təqdimat Presentation After Visit to Ankara
Dekabrın 4-də “Mərmər salon”da Xəzər Universiteti nümayəndə heyətinin Ankara səfərinin yekunlarına həsr olunmuş təqdimat mərasimi keçirildi. Mərasimi giriş sözü ilə Ankara səfərinin təşkilatçısı, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli açaraq, noyabrın 17-22- də Türkiyə Respublikasına səfər haqqında məlumat verdi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Türkiyə səfərinin yekunlarından, oradakı konsert proqramlarının rəngarəngliyindən, müəllimlərin, solistlərin və tələbələrin yüksək ustalıqlarından danışdı, kollektivin bütün üzvlərinə, o cümlədən Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqovaya, universitetin müəllimləri – əməkdar artist Fidan Hacıyeva, Səbinə İsmayılova və Telman Əliyevə, vokalçılar – Elvin Əliyev, Musa Abdullayev, Ülviyyə Əzizova və Nərmin Əliyevaya, kamera orkestrinin və rəqs qruplarının üzvlərinə dərin təşəkkürünü bildirdi.
Universitetin rəqs müəllimi Səbinə İsmayılova və qızlardan ibarət rəqs qrupunun üzvləri H.İsaxanlıya həsr olunmuş “Atam” musiqi kompozisiyasını kollektivin təşəkkürü olaraq ifa etdilər. Fidan Hacıyeva bir universitetin kollektivi ilə xarici ölkəyə ilk dəfə səfər etdiyini bildirdi və bu qədər möhtəşəm konsert olacağını gözləmədiyini dilə gətirdi.
Zülfiyə Sadıqova, tələbələr çıxış edərək, Ankara səfərinə görə H. İsaxanlıya və Ə. Əmirbəyliyə təşəkkürlərini bildirdilər və onlara hədiyyə təqdim etdilər. On December 4, a presentation dedicated to the outcomes of the Khazar University delegation’s visit to Ankara was held in the Marble Hall. Alovsat Amirbeyli, Ankara trip coordinator and Director of Public Relations and Media, opened the event and gave information about the visit to the Republic of Turkey on November 17-22.
Professor Hamlet Isaxanli, Founder of Khazar University and chairman of the Board of Directors and Trustees, talked about the outcomes of his visit to Turkey, the diversity of concerts performed there, and the highly-developed skills of the students, instructors and soloists who participated. He expressed his deep gratitude to all staff members, including Zulfiyye Sadigova, head of the Department of Music and Fine Arts; university instructors including Meritorious Artist Fidan Hajiyeva, Sabina Ismayilova and Telman Aliyev; vocalists Elvin Aliyev, Musa Abdullayev, Ulviyya Azizova and Nermin Aliyeva; and members of the chamber orchestra and dance groups.
Sabina Ismayilova, university dance instructor, led the and girls’ dance group in a performance of “My Father,” a musical composition dedicated to H. Isaxanli as an expression of their gratitude. Fidan Hajiyeva said that the trip had been her first visit to a foreign country with the staff of the university, and she did not expect the concerts to go as well as they did. Then Zulfiyya Sadigova and students made speeches to express their gratitude to H. Isaxanli and A. Amirbeyli for the trip.