“Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin inkişafı” mövzusunda beynəlxalq elmi konfransda Founder at International Conference on “Moral Values in Education: Development of Harmonious Personalities”

2014/12/09

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Problemləri və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkillatçılığı ilə dekabrın 5-də Bakıdakı “Avropa” otelində “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin inkişafı” mövzusunda beynəlxalq elmi konfrans keçirildi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı konfransın açılış toplantısında çıxış edərək, xarakterin formalaşması məsələsinin tarix boyu təhsil və təlimdə tutduğu yer, “əxlaqın saflaşdırılması” ideyası haqqında danışdı, utanmaq hissi və məsuliyyət, əxlaq və qrup kimliyi, azadlıq və əxlaq mövzularına toxundu. Xəzər Universiteti nəzdində fəaliyyət göstərən “Dünya” məktəbinin fəlsəfəsi haqqında məlumat verdi. İndiki məktəb və ali məktəblərə qəbul siyasətində “qiymət davası”, şağird və tələbələrdə yarış qabiliyyətinin aşağı olması səbəblərinə toxundu. Müəllimin şağırdə bilmək və kəşf etmək ehtirasını aşılaması, şağird şəxsiyyətinə hörmət, şağirdə həqiqəti anlamaq və bu yolla doğru qərar qəbul etmək kimi məsələlərdən bəhs etdi.
On December 5th, an international conference on “Moral Values in Education: Development of Harmonious Personalities” took place in Baku’s Europe Hotel. The conference was jointly organized by the Azerbaijan Republic Ministry of Education, Azerbaijan Republic Institute for Problems in Education, and Azerbaijan Educational Workers’ Public Union.
Professor Hamlet Isaxanli, the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, participated in the conference. He made a speech in the opening ceremony on the history of character formation in education, the idea of “moral purification,” the sense of shame and responsibility, ethics and group identity, freedom and moral issues. He also gave information about the Dunya School that operates in affiliation with Khazar University. He touched on the issue of the current “values war” in schools’ and higher education institutions’ admissions policies as well as the reasons for the low quality of students. His speech also covered teachers’ methods for developing a passion in students to learn and make discoveries; respect for the personalities of pupils; and how to teach pupils to understand truth and to use it to make the right decisions.