Təhsil fakültəsində birinci kurs tələbələri üçün “Welcome Party” “Welcome Party” for First-Year Students of the School of Education

2014/10/10

Oktyabrın 2-də Xəzər Universitəsinin Təhsil fakültəsi, hər il olduğu kimi, bu il də universitetə yeni qəbul olunmuş birinci kurs tələbələri ilə yuxarı kurs tələbələrinin görüşünü keçirdi. Tanışlıq məqsədi ilə keçirilən tədbirdə Təhsil fakültəsinin dekanı Elza Səmədli çıxışında tələbələri təbrik etdi, fakültə haqqında məlumat verdi. Sonra fakültənin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.
Tədbirdə universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, müəllim və tələbələri salamladı və yüksək bal toplamış tələbələrə hədiyyələr təqdim etdi. Tədbirdə, həmçinin, təhsildə və universitetin ictimai həyatında fərqlənən tələbələrə fakültə dekanının fəxri vərəqi təqdim olundu.
Tədbirdə Təhsil fakültəsinin məzunu, hazırda həmin fakültənin magistratura tələbəsi Elçin Feyzullayev, İqtisadiyyat və menecment fakültəsinin II kurs tələbəsi Ülviyyə Əzizova və digər tələbələr öz musiqi nömrələri ilə çıxış etdilər.
Tədbirdə universitetin bəzi qurumlarının rəhbərləri, departament müdirləri və müəllimlər iştirak edirdilər. On October 2, the School of Education at Khazar University held its annual event for first-year students and senior students at the university. Dean Elza Samadli congratulated the students and gave brief information about the school. Then a video clip reflecting activities of the school was shown.
At the event, the founder of Khazar University, Chairman of the Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, welcomed instructors and awarded students who had earned high grades. “Dean’s honors list” certificates were presented to the students who are distinguished for their academics and active participation in the social life of the university.
Musical numbers were performed by E. Feyzullayev, alumnus of the School of Education and now master student at the same school; Ulviyya Əzizova, second-year student of the School of Economics and Management; and other students. The heads of some of the university institutions, department heads and instructors participated in the event.