“Dünya” məktəbində yeni dərs ili başlandı New School Year Opening Ceremony at Dunya School

2014/10/09

Sentyabrın 29 – da “Dünya” məktəbinin yeni tikilib istifadəyə verilmiş üç tədris binası və bir idman kompleksindən ibarət yeni kampusunda 2014-2015 – ci tədris ilinin açılış mərasimi keçirildi. Tədbirdə “Dünya” məktəbinin şagird və müəllim kollektivi, valideynlər, Xəzər Universitetinin və Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi və digər qonaqlar iştirak edirdilər.
Mərasimdə çıxış edən Xəzər Universiteti və “Dünya” məktəbinin təsisçisi professor Hamlet İsaxanlı məktəbin yaranma tarixi, fəaliyyəti, üstünlükləri, uğurları, məktəbin inkişaf strategiyası haqqında qısa məlumat verdi. O qeyd etdi ki, 2013-2014-cü tədris ilində “Dünya” məktəbi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkənin ən yaxşı 50 ümumtəhsil məktəbindən biri seçildi və Prezident tərəfindən xüsusi mükafata layiq görüldü. Qeyd edildi ki, “Dünya” məktəbi həmin siyahıya daxil edilən yeganə özəl məktəb oldu.
Tədbirdə çıxış edən millət vəkili, yazıçı Aqil Abbas məktəbin şagird və müəllim kollektivini, övladlarının həyatını bu təhsil ocağı ilə bağlayan valideynləri yeni kampusun və yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi. O, bir orta məktəbin belə gözəl, müasir kampusunun istifadəyə verilməsinin, ümumilikdə, təhsilimizin inkişafında böyük uğur olduğunu qeyd etdi, mənəvi dəyərlərə sadiq olan, öz fəaliyyətində halallıq, əməksevərlik, düzgünlük kimi xüsusiyyətlərə əsaslanan və Azərbaycanın təhsil sistemində özünəməxsus yeri olan “Dünya” məktəbinin kollektivinə uğurlar arzuladı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxışında Azərbaycan müstəqilliyinə qədəm qoyduqdan sonra Prezident Heydər Əliyevin təhsilin inkişafı üçün yaratdığı şəraitdən danışdı, təhsil sahəsində həyata keçirilən islahatlardan, əldə olunan uğurlardan, qarşıda duran vəzifələrdən söhbət açdı, şagird və müəllim kollektivinə, valideynlərə xoş arzularını bildirdi.
Tədbirin sonunda “Dünya” məktəbinin mahnı və rəqs ansamblının və Xəzər Universiteti kamera orkestrinin ifasında maraqlı musiqi nömrələri təqdim olundu. On September 29, Dunya School started the new 2014-2015 academic year on its newly constructed campus which consists of three academic buildings and a sports complex.
Teachers, students and parents of Dunya School; administration of Khazar University; Binagadi District Executive Power; and other guests participated in the opening ceremony.

The founder of Khazar University and Dunya School, Professor Hamlet Isaxanli,
made a presentation and gave brief information about the history of the school as well as its activities, assets, accomplishments, and development strategy. He noted that in the 2013-2014 academic year, Dunya School was selected as one of the country’s top 50 secondary schools by order of the President of the Azerbaijan Republic and was awarded a special prize by the President. It was noted that Dunya School was the only private school included in the list.

Agil Abbas, Member of Parliament, made a presentation congratulating teachers and students of the school, as well as the parents who had chosen to send their children to the school, on the occasion of the opening of a new campus and the start of a new academic year. He noted that opening such a beautiful campus for the secondary school marks a great success in the development of education. He also wished success to the staff of Dunya School, which reflects high moral values, humanist qualities and commitment to hard work and honesty and has a special place in the education system of Azerbaijan.

Aygun Aliyeva, Deputy Head of Binagady Executive Power, said that after Azerbaijan’s indepence, President Heydar Aliyev paved the way for the development of education. She also spoke about reforms carried out in the field of education, successes, and forthcoming challenges. She wished the best to students, teaching staff and parents.
The ceremony was followed by performances of the Dunya School song and dance ensemble and Khazar University Chamber Orchestra.