Binəqədi rayonunda məktəblilərlə görüş Meeting with Students at Binagadi
Bakı şəhərinin Binəqədi rayonun ərazisində yerləşən 135 saylı məktəbdə Xəzər Universitəsi rəhbərliyinin həmin rayonun XI sinif şagirdləri ilə görüşü keçirildi. Öncə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Əliyeva salona toplaşan qonaqları və rayon məktəblilərini salamladı. A. Əliyeva məktəb- universitet əlaqələrinin vacibliyini vurğulayaraq, Xəzər Universiteti ilə əlaqələrin əhəmiyyətindən danışdı.
Görüşdə Xəzər Universiteti haqqında film nümayiş etdirildi. Sonra universitetin Qəbul və tələbə şöbəsinin müdiri İsaxan İsaxanlı ixtisaslar haqqında geniş məlumat verdi. Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ali məktəblərin qarşısında duran məqsəd və vəzifələrdən, qlobal dünyamızda Azərbaycan universitetlərinin görəcəyi işlərdən danışdı və məktəblilərin suallarını cavablandırdı. Xəzər Universiteti tələbələrinin iştirakı ilə konsert verildi. Görüşdə universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli iştirak etdi. Administrators of Khazar University met with eleventh grade students at School No. 135 located in Binagadi District. Aynur Aliyeva, Deputy Head of the Executive Power of Binagadi District, greeted the guests and schoolchildren of the district. A. Aliyeva stressed the importance of school-university relations, and talked about the importance of relations with Khazar University.
A film about Khazar University was shown at the meeting. Then Isakhan Isakhanli, head of the Department of Student Admissions, gave detailed information about the majors offered at Khazar.
Professor Hamlet Isaxanli, the university’s founder and Chairman of the Board of Directors and Trustees, talked about the goals and tasks of high schools as well as the work to be done by Azerbaijani universities in the world. Then he answered students’ questions. With the participation of university students, a concert was given. Alovsat Amirbeyli, Director of Public Relations and Media, also participated in the meeting.