Beynəlxalq simpoziumun Təşkilat Komitəsinin iclası Meeting of International Symposium Organizing Committee

2014/04/17

Aprelin 15-də Xəzər Universitetnin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının sədrliyi ilə bu il mayın 26-28-də Türkiyənin Erciyəs Universiteti ilə birlikdə keçirilməsi planlaşdırılan “XXI əsrin pəncərəsindən mədəniyyət və kimlik” mövzusunda Beynəlxalq simpoziumun Təşkilat Komitəsinin (TK) iclası keçirildi. İclasda Xəzər Universitetindən TK üzvləri – dosent Vurğun Əyyub, dosent Elza Səmədova, Əlövsət Əmirbəyli, İsaxan İsaxanlı, Lyudmila Sotova, Raziyə İsayeva, Zülfiyyə Sadıqova və Nağı Bayramlı iştirak etdilər. Təşkilat komitəsinin sədri Vurğun Əyyub görülən işlər barədə məlumat verdikdən sonra görüləcək işlər haqqında fikirlərini bildirdi. Qeyd olunan məsələlər barədə geniş müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi və qarşıdakı işlərin icrası ilə bağlı konkret tapşırıqlar verildi. On April 15, under the chairmanship of Professor Hamlet Isaxanli, Khazar University’s founder and chairman of the Board of Directors and Trustees, a meeting was held of the organizing committee of the International Symposium on “Culture and Identity in the Perspective of 21st Century” which will be held in cooperation with Erciyes University, Turkey, on 26-28 May. Organizing committee members from Khazar University including Associate Professor Vurghun Eyyub, Associate Professor Elza Samadova, Alovsat Amirbeyli, Isakhan Isakhanli, Lyudmila Sotova, Razia Isayeva, Zulfiyye Sadigova and Nagi Bayramli participated in the meeting. After giving information about the work done by the committee so far, Vurghun Eyyub, Chairman of the Organizing Committee, spoke about remaining tasks. After extensive discussions on organizational issues, according decisions were made and members were given specific instructions regarding the implementation of the upcoming work.