[:az]Fevralın 26-da Xəzər Universitetinin “Dünya” Məktəbində “Dərs kitablarının hazırlanması və qiymətləndirilməsi” layihəsi çərçivəsində dəyirmi masa keçirildi. Dəyirmi masanın əsas mövzusu “Dünya” məktəbində tətbiq edilən “İB School”un kurikulumu və dərs kitablarının müzakirəsi idi. Dəyirmi masada Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlı, universitetin tədris işləri üzrə prorektoru Məhəmməd Nuriyev, Təhsil fakültəsinin dekanı Elza Səmədli, İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva, “Dünya” məktəbi İB School-un koordinatoru Rəna Musayeva və İB School-un müəllim heyəti iştirak etdilər.
Tədbirdə İB School-da tətbiq edilən fənn proqramlarının xüsusiyyətləri, istifadə olunan kitabların məzmunu, dil və qrafik xüsusiyyətləri, eləcə də təlimin məqsəd və nəticələri geniş müzakirə edildi. Müzakirədə iştirak edən müəllim heyəti İB School-da tətbiq edilən tədris sisteminin və kitabların səmərəliliyini xüsusilə vurğulayaraq, Azərbaycanda hazırlanacaq dərsliklərin də bu keyfiyyətlərə malik olması ehtiyacını qeyd etdilər.
[:en]On February 26, within the framework of the “Preparation and evaluation of textbooks” project, a roundtable was held at Khazar University’s Dunya School. The main theme of the roundtable was the curriculum of the IB School which functions within Dunya School and a discussion of textbooks. Professor Hamlet Isaxanli, Khazar University’s founder and Chairman of the Board of Directors and Trustees; Mohammed Nuriyev, Vice President for Academic Affairs; Elza Samadli, Dean of the School of Education; Raziya Isayeva, Development Director; Rena Musayeva, Coordinator of Dunya School’s IB Program; and teaching staff of the IB School participated in the roundtable discussion.
Participants discussed features of science programs applied at IB School; content, language and graphic features of textbooks; and a wide range of learning objectives and their results. The teaching staff highlighted the effectiveness of the education system and books used in the IB School, noting that textbooks prepared in Azerbaijan need to have these qualities.
[:]