[:az]Xəzər Universiteti və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkil etdikləri “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: erməni uydurmaları və Azərbaycan həqiqətləri” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransı giriş sözü ilə universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli açaraq, konfransda iştirak edən çoxsaylı qonaqları və tələbələri salamladı. Respublika Veteranlar Şurasının sədri, istefada olan general-mayor Dadaş Rzayev “Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi – orduda şəxsi heyətin döyüş ruhunun və hərbi hazırlığının əsas təminatıdır”, Respublika Veteranlar Şurasının Beynəlxalq əlaqələr və xalqlar arasında dostluq komissiyasının sədri, istefada olan polkovnik-leytenant Zahiddin Abbasov “Terrorizm və seperatizm erməni faşistlərinin işğalçı siyasətinin tərkib hissəsidir”, texniki elmlər üzrə fəlsəfə doktoru, dosent Qalib Əhmədov “Respublikada iqtisadiyyatın surətli inkişafı və ordu quruculuğunun gücləndirilməsi – erməni işğalçıları üzərində qələbənin əsas amilləridir” mövzularında məruzə ilə çıxış etdilər və tələbələrin çoxsaylı suallarını cavablandırdılar. Məruzələr ətrafındakı müzakirələrdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsmayılova, müharibə veteranı Mariya Rzayeva və digərləri çıxış etdilər. Sonda tələbələr müharibə veteranları ilə xatirə şəkilləri çəkdirdilər.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı Respublika Veteranlar Şurasının sədri, istefada olan general-mayor Dadaş Rzayevi və onunla birlikdə gələn çoxsaylı veteranları ofisində qəbul etdi, onlara Xəzər Universiteti, təhsilimiz haqqında geniş məlumat verdi və universitetdə tələbələrlə keçirilən belə görüşlərin vacibliyini vurğuladı. General Dadaş Rzayev və digər veteranlar maraqlı və səmimi görüş üçün universitet rəhbərliyinə və bütün kollektivə dərin təşəkkür bildirdilər. [:en]Khazar University and the Council of Veterans of War, Labor, and Armed Forces of the Azerbaijan Republic jointly organized an academic conference on “Armenia-Azerbaijan, Nagorno-Karabakh conflict: Armenian fiction and realities of Azerbaijan.” The conference was opened by Alovsat Amirbeyli, Director of Public Relations and Media, who welcomed numerous guests and student participants. Chairman of the Veterans Council, Major General (ret) Dadash Rzayev, made a presentation on
“Youth education in a patriotic spirit as a guarantee of a fighting spirit and military training of the personnel in the army.” Lieutenant Colonel (ret) Zahiddin Abbasov, Chairman of the Commission of International Relations and Friendship among Peoples of the Republic Veterans Council, made a presentation on “Terrorism and seperatism as an integral part of the aggressive policy of Armenian fascists.” Associate Professor Galib Ahmedov, Doctor of Technical Sciences, made a presentation entitled “Rapid development of the economy of the Republic and strengthening the army are the main factors in the victory over the Armenians.” Then the guests answered students’ questions. Deputy Head of the Nizami District Executive Committee, Gulnaz Ismailova, war veteran Maria Rzayeva, and others actively took part in the discussion after the lectures.
Then Prof. Hamlet Isaxanli, founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, met with Chairman of the Veterans Council, retired Major-General Dadash Rzayev, and the other veterans who visited along with him. He gave them information about Khazar University and its education system and stressed the importance of holding such meetings with students at the university. General Dadash Rzayev and other veterans expressed their deep gratitude to the administration and all the staff of the university for the sincere and interesting meeting.[:]