[:az]Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Doroxin Xəzər Universitetində qonaq olmuşdur. Əvvəlcə qonaq universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşmüşdür. Qonağı səmimi salamlayan H. İsaxanlı ona Xəzər Universitetinin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat vermiş, səfirlik və universitet arasındakı əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirmişdir.
Sonra səfir V. Doroxinin müəllim və tələbələrlə görüşü keçirilmişdir. H. İsaxanlı qonağı tələbələrə təqdim etmiş, onun diplomatik fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Səfir tələbələr qarşısında “Rusiya müasir dünyada” mövzusunda mühazirə oxumuşdur. Mühazirədən sonra beynəlxalq münasibətlər, politologiya və regionşünaslıq ixtisasları üzrə təhsil alan tələbələr ona suallar ünvanlamışlar. Canlı diskussiya şəraitində keçən görüşün sonunda H. İsaxanlı səfirə öz təşəkkürünü bildirmiş və Xəzər Universiteti ilə Rusiya səfirliyi arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəyini vurğulamışdır.
Xəzər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Fərda Əsədov, rektor assistenti İsaxan İsaxanlı, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov, Siyasət İnstitutunun direktoru Baba Bayramlı və Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri Muxtar Hacızadə görüşdə iştirak etmişlər.[:en]On February 28, the Extraordinary and Plenipotentiary Ambassador of the Russian Federation in Azerbaijan Republic, Vladimir Dorokhin, visited Khazar University. First, the guest met with Prof. Hamlet Isaxanli, founder of Khazar University and Chairman of its Board of Directors and Trustees. H. Isaxanli welcomed the guest warmly and informed him about the main activities of Khazar University, expressing his satisfaction with the level of cooperation between the Embassy and the university.
Then, a meeting of V. Dorokhin was held with instructors and students. H.Isaxanli introduced the guest to the students and gave detailed information about his diplomatic activity. The ambassador delivered a lecture to the students on “Russia in the contemporary world.” After the lecture, students majoring in international relations, political science and regional studies asked him questions. At the end of the discussion, H. Isaxanli expressed his gratitude to the ambassador and emphasized that cooperation between Khazar University and the Russian Embassy will be further developed.
Farda Asadov, Vice President for International Relations at Khazar University; Isakhan Isakhanli, Assistant Vice President for Students and Admissions; Jabir Khalilov, Dean of the School of Humanities and Social Sciences; Baba Bayramli, Director of Institute of Politics; and Mukhtar Hajizada, head of the Department of Political Science and International Relations, participated in the meeting.[:]