[:az]Dekabrın 30-da Təhsil Nazirliyində təhsil naziri Mikayıl Cabbarov Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlını qəbul etdi. Görüşdə təhsilin müxtəlif pillələri və ümumi problemləri haqqında məsələlər müzakirə olundu. O cümlədən məktəb öncəsi təhsil, ibtidai məktəb və orta məktəb proqramları, “Dünya” məktəbinin bu sahələrdə təcrübəsi, “Dünya” məktəbinin İBO proqramı, İBO diplomunun Azərbaycanda tanınması problemləri, Azərbaycanda on iki illik orta təhsil sisteminə keçid və təhsilin idarə edilməsi barədə fikir mübadiləsi aparıldı.
H.İsaxanlı Xəzər Universitetinin fakültələri, institut və mərkəzlərinin maddi və intellektual bazası haqqında nazirə məlumat verdi. Həmçinin, universitetin beynəlxalq əməkdaşlıq proqramları və bu sahədə əldə olunan uğurlar, bakalavr proqramı və bu sahədə yeni ixtisaslar, magistratura proqramının əhəmiyyəti və gücləndirilməsi ideyası müzakirə olundu. Görüşdə kampus probleminin əhəmiyyəti vurğulandı.
Xəzər Universitetində imtahanlar və orta qiymətə (GPA) qoyulan tələblər vasitəsilə tədrisin keyfiyyətini artırma yolları, universitetin doktorantura (PhD) proqramının inkişafı problemi, həmçinin Xəzər Universitetinin Təhsil Siyasət İnstitutunun uğurları və yeni ideyaları müzakirə olundu.[:en]On December 30, Minister of Education Mikayil Jabbarov hosted Khazar University’s founder and chairman of the Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, at the Ministry of Education. They discussed different levels of education and general problems.
They exchanged views on topics including pre-school education, elementary and secondary school programs, Dunya School’s experience in these areas and its IBO program, issues with recognition of the IBO diploma in Azerbaijan, a transition to a twelve-year secondary education system and management in education.
H. Isaxanli gave information about the facilities and available resources of Khazar University’s schools, institutes and centers to the minister. They also discussed the university’s international cooperative programs and the successes achieved in this field, undergraduate programs and new skills in this area, and master’s programs as well as ideas for developing them, stressing the importance of campuses.
Means to improve the quality of teaching through examinations and average (GPA) requirements at Khazar University, development of the university doctoral (PhD) program, and successes and new ideas of the Education Policy Institute of Khazar University were discussed.[:]