[:az]Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Azərbaycan müəllimlərinin XIV qurultayı keçirilmişdir.
Ölkənin bütün bölgələrindən nümayəndələrin seçildiyi qurultayda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş nazirin müavini Elçin Əfəndiyev, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm xadimləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Qurultay açıq elan edildikdən sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin qurultaya təbrik məktubunu oxumuşdur. Sonra təhsil naziri Mikayıl Cabbarov hesabat məruzəsi ilə çıxış etmişdir. Müxtəlif mövzularda çıxış və müzakirələrdən sonra qurultayın qətnaməsi qəbul olunmuşdur.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədrinin Humanitar və təşkilati işlər üzrə müşaviri Nailəxanım İsayeva qurultayda iştirak etmişlər.[:en]On December 14, the XIV Congress of Azerbaijani teachers was held at Heydar Aliyev Center.
Head of the Presidential Administration of Azerbaijan, academician Ramiz Mehtiyev, Deputy Prime Minister, Elchin Efendiyev, representatives of state and government, Members of Parliament, scientists, and representatives of the educational community participated in the congress, which included representatives selected from all regions of the country. After the Congress was declared open, Fatma Abdullazade, Head of the Humanitarian Policy Department of the Administration of the President of the Republic of Azerbaijan, read a congratulatory letter to the congress from the President Ilham Aliyev. Education Minister Mikail Jabbarov made a presentation. After speeches and discussions on various topics, the Congress Resolution was adopted.
Khazar University’s founder and chairman of the Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, and Advisor on Humanitarian and Organizational Affairs to the Board of Directors and Trustees, Nailakhanim Isayeva, participated in the Congress.[:]