[:az]Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet isaxanlı və İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli Qafqaz Universitetinin dəvəti ilə dekabrın 5-də universitetin qonağı oldular. Universitetin önündə qonaqları Qafqaz Universtetinin rektoru professor Ahmet Saniç və universitetin rəhbərliyi çox səmimi qarşıladılar. A.Sanic öncə qonaqları universitetin yeni yaradılmış laboratoriyaları, sinif otaqları, tədris mərkəzləri ilə tanış etdi. Sonra universitetin İqtisadiyyat fakültəsi üçün yaradılmış yeni korpusda professor-müəllim heyəti və tələbələrlə görüş oldu. Əvvəlcə A.Sanic və H. İsaxanlı Anlaşma Memorandumunu imzaladılar.
İmzalama mərasimindən sonra universitetin prorektoru professor Cihan Bulud əvvəlcədən elan olunmuş “Milli kimlik: tarix və bu gün” adlı tədbiri açaraq, H.İsaxanlının həyat və yaradıcılığı haqqında məlumat verdi və məruzə etmək üçün onu kürsüyə dəvət etdi. H.İsaxanlının milli kimlik mövzususunda geniş məruzəsi diqqətlə dinlənildi və salondakılar tərəfindən sürəkli alqışlarla qarşılandı. Sonra H.İsaxanlı tələbələrin suallarını cavablandırdı. A. Saniç çox maraqlı məruzə üçün H. İsaxanlıya dərin təşəkkürünü bildirdi, təşəkkür plaketini və tələbələr adından hazırlanmış rəsm əsərini ona təqdim etdi. Xatirə şəkilləri çəkildi. H. İsaxanlı Xəzər televiziyasına müsahibə verdi.
Xəzər Universitetindən gəlmiş qonaqların şərəfinə ziyafət verildi. Ziyafətdə universitetin tədris işləri üzrə prorektoru professor Cihan Bulud, İctimai əlaqələr üzrə prorektor Natiq Paşayev, İqtisadiyyat fakültəsinin dekanı dosent Mais Əzizov, Təhsil fakültəsinin dekanı professor Erdal Karaman, Keyfiyyətə nəzarət departamentinin müdiri Ədalət İbadov, dosent Celil Erdem və universitetin digər professor və müəllimləri iştirak etdilər. [:en]On December 5, upon the invitation of Qafqaz University, Khazar University’s founder and chairman of the Board of Directors and Trustees, Professor Hamlet Isaxanli and director of Public Relations and Media, Alovsat Amirbeyli, visited the university. President of Qafqaz University, Professor Ahmet Saniç, and other members of the university administration warmly welcomed the guests in front of the university. A. Saniç gave the guests a tour of the university’s newly established laboratories, classrooms, and training centers. Then, a meeting was held with teaching staff and students in the new building of the School of Economics. At first, A. Saniç and H. Isakhanli signed a Memorandum of Understanding.

After the signing ceremony, Vice President of the Qafqaz University, Professor Cihan Bulud, opened a ceremony entitled “National Identity: History and Today” by giving information about the life and activity of H. Isaxanli and inviting him to the platform to speak. The audience listened carefully to Isaxanli’s comprehensive report on the subject of national identity and applauded it with enthusiasm. Then Isaxanli answered students’ questions. Photos were taken. H. Isakhanli also gave an interview for Khazar television.
A reception was given in honor of the guests. It was also attended by Vice President for academic affairs of the university, Professor Cihan Bulud; Vice President for Public Relations, Natiq Pashayev; Dean of the School of Economics, Associate Professor Mais Azizov; Dean of the School of Education, Professor Erdal Karaman; Quality Assurance Department Director, Edalet Ibadov; Associate Professor Celil Erdem; and other university professors and instructors.[:]