[:az] Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli oktyabrın 20-25-də Türkiyənin İzmir şəhərində işgüzar səfərdə oldular. Səfərin ilk günü H. İsaxanlını Ege Universitetinin rektoru professor Candeğer Yılmaz qəbul etdi. C. Yılmaz H. İsaxanlıya Ege Universiteti haqqında geniş məlumat verdi. Həmin gün H.İsaxanlı Ege Universitetinin professorları Ahmet Arslan və Yavuz Akpınarla da görüşdü.
Oktyabrın 22-də H.İsaxanlı Türkiyənin tanınmış ali təhsil ocaqlarından biri olan İzmir Yüksək Texnoloji İnstitutunda oldu. İnstitutun rektoru professor Mustafa Güden, prorektor- professor Sedat Akkurt, orada təhsil alan bir qrup azərbaycanlı tələbələr H.İsaxanlını səmimi salamladılar. İnstitutla tanışlıqdan sonra ikitərəfli müqavilələr imzalandı.
Həmin gün Xəzər Universitetinin nümayəndə heyəti İzmir Katib Çələbi Universitetinə gəldı. H. İsaxanlını universitetin rektoru professor Galip Akhan, prorektorlar – professorlar İbrahim Attilla Acar və Tancan Uysal, Mühəndislik fakültəsinin dekanı professor Salih Okur, İctimai əlaqələr və media üzrə direktor Remzi Sarakaya və digər rəhbər işçilər qarşıladılar. Rektor universitet haqqında ətraflı məlumat verdi. Universitetlər arasında müqavilələr imzalandı.
Elə həmin gün H. İsaxanlı İzmir İqtisad universitetində də oldu. Universitetin rektoru professor Tunçdan Baltacıoğlu, prorektor professor Murat Adıvar, Ədəbiyyat fakültəsinin dekanı professor İsmixan Bayramoğlu, Xarici əlaqələr şöbəsinin müdiri Ertan Koyuncu və digərləri Bakıdan gələn qonaqları səmimi qarşıladılar. Universitetin rektoru professor T.Baltacıoğlu H.İsaxanlını universitet ilə yaxından tanış etdi. Sonra universitetlər arasında müqavilələr imzalandı.
Oktyabrın 23-də H. İsaxanlı Yaşar Universitetində universitetin rektoru professor Murat Barkan və Xarici əlaqələr departamentinin rəhbəri Patrisia Türkmenoğlu ilə görüşdü. Qonağa universitet haqqında məlumat verildi və müqavilələr imzalandı.
Həmin gün H. İsaxanlı İzmir Universitetində də oldu. Universitetin İdarə Heyətinin sədri Alirza Doğanata, rektoru professor Kayhan Erciyeş, prorektor professor Tuncay Ege, rektorun müşaviri Gülnur Erciyeş və digərləri qonağı salamlayıb, universitetlə tanış etdilər. H.İsaxanlı və Kayhan Erciyeş müqavilələr imzaladılar.
Sonra H. İsaxanlı Gediz Universitetində universitetin rektoru professor Seyfullah Çevik, Xarici əlaqələr departamentinin müdiri Mustafa Namlı, Siyasi elmlər departamentinin dosenti Vener Qarayev və digərləri ilə görüşdü. Rektor universitetdə həyata keçirilən proqramlar haqqında geniş məlumat verdi və universitetlər arasında müqavilələr imzalandı.
Oktyabrın 24-də H.İsaxanlı Doqquz Eylül Universitetinin rektoru professor Mehmet Füzünla görüşdü. Həm universitetlər arasında, həm də Mövlanə proqramları çərçivəsində müqavilələr imzalandı.
Həmin gün H.İsaxanlı Şifa Universitetində də oldu. Universitetin rektoru professor Mehmet Ateş universitə haqqında geniş məlumat verdi.
Səfərin son günü İzmir Şəhər Baş Polis İdarəsinin rəisi, polkovnik İbrahim Aydın Xəzər Universitetindən gələn nümayəndə heyətini qəbul etdi. Çay süfrəsi ətrafında səmimi söhbət aparıldı.
Görüşlərdə H. İsaxanlı Xəzər Universiteti, universitetdəki institutlar, fakültələr, departamentlər, mərkəzlər, həmçinin həyata keçirilən proqram və layihələr haqqında geniş məlumat vermiş, qarşılıqlı olaraq hədiyyələr təqdim olunmuş, xatirə şəkilləri çəkilmişdir. Bəzi görüşlərdən sonra qonaqların şərəfinə ziyafət verilmişdir.
[:en]From October 20 to 25, Khazar University’s founder and chairman of the Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, and Director of Public Relations and Media, Alovsat Amirbeyli, went on a business trip to Izmir, Turkey. On the first day of the trip, the president of Ege University, Professor Candeğer Yılmaz, hosted H. Isakhanli. C. Yılmaz gave his guest information about Ege University. On the same day, H. Isaxanli met professors of Ege University, Ahmet Arslan and Yavuz Akpınar.
On October 22, H. Isaxanli visited Izmir Institute of High Technology, one of the prominent educational institutions in Turkey. The president of the institute, Professor Mustafa Güden;
Vice President, Professor Sedat Akkurt; and a group of Azerbaijani students studying there
welcomed H. Isaxanli sincerely. After the meeting, bilateral agreements with the Institute were signed.
On the same day, the Khazar University delegation went to Katib Çelebi University. The president of the university, Professor Galip Akhan; Vice Presidents, Professors İbrahim Attilla Acar and Tancan Uysal; Dean of the School of Engineering, Professor Salih Okur; Director of Public Relations and Media, Ramzi Sarakaya; and other senior staff welcomed H. Isaxanli. The president gave information about the university. Agreements were signed between the two universities.
On the same day, H. Isaxanli visited Izmir University of Economics. The president of the university, Professor Tunçdan Baltacıoğlu; Vice President, Professor Murat Adıvar; Dean of the School of Literature, Ismixan Bayramoğlu; Head of the Department of International Relations, Ertan Koyuncu; and others welcomed the guests sincerely. The president of the university, Professor T. Baltacıoglu, gave his guests information about the university. Then agreements were signed between the two universities.
On October 23, H. Isaxanli met with President of Yashar University, Professor Murat Barkan,
and Head of Department of International Relations, Patrisia Türkmenoğlu. The guest was informed about the university and agreements were signed.
On the same day, H. Isaxanli visited the University of Izmir. Chairman of the Board of the University, Alirza Doğanata; President, Prof. Kayhan Erciyeş; Vice President, Professor Tuncay Ege; Advisor to the President Gülnur Erciyeş; and others welcomed the guest and informed him about the university. H. Isaxanli and Kayhan Erciyeş signed university agreements.
Then H. Isaxanlı met with the president of Gediz University, Professor Seyfullah Çevik; Head of Department of International Relations, Mustafa Namlı, Associate Professor of Political Science Department, Vener Qarayev and others at Gediz University. The president of the university gave detailed information about programs being implemented, and agreements were signed between the two universities.
On October 24, H. Isaxanli met with President of Dokuz Eylül University, Professor Mehmet Füzün. Bilateral agreements and agreements within the framework of the Mevlana program were signed.
On the same day, H. Isaxanli visited Şifa University. President of the university, Professor Mehmet Ateş, spoke with him about the university.
On the last day of the visit, Chief of Izmir City Police Department, Colonel Ibrahim Aydın, received the delegation from Khazar University. A discussion was held over tea.
At the meetings, H. Isakhanli gave information about Khazar University, its institutes, schools, departments, centers, programs and projects. The guests and hosts presented gifts to one another and photos were taken.
[:]