[:az]Xəzər Universitetinin təsisçisi
cənab Hamlet İsaxanlıya
Hörmətli Hamlet müəllim!
23-29 sentyabr 2013-cü il tarixində rəhbərlik etdiyiniz universitetin təşkilatçılığı altında “İdarəetmədə qərarların verilməsi üçün təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq üzrə tədqiqatların nəticələrindən istifadə” mövzulu ixtisasartırma proqramı həyata keçirilmiş və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bir qrup əməkdaşı da bu proqramda iştirak etmişdir.
Proqramda nümayiş etdirilən təqdimatlar və müzakirə edilən məsələlər əməkdaşlarımız tərəfındən böyük maraqla qarşılanmışdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası milli və beynəlxalq səviyyədə həyata keçirilən qiymətləndirmə və monitorinq tədqiqatlarının nəticələrini hər zaman yaxından tədqiq edən bir qurum olaraq bu sahədəki beynəlxalq təcrübənin öyrənilməsinə də mühüm diqqət ayırır. Bu baxımdan həyata keçirdiyiniz proqramı bu prosesə verilmiş bir töhfə olaraq yüksək qiymətləndirir, bu münasibətlə Sizə, proqramın təlimçisi professor Ata Tezbaşarana və universitetinizin Təhsil fakültəsinin dekanı, fəlsəfə doktoru Elza Səmədovaya təşəkkürümüzü bildiririk.
Hörmətlə,
TQDK-nın sədri
Məleykə Abbaszadə
03. 10. 2013
[:en]To the Chairman of the Board of Directors and Trustees of Khazar University, Prof. Hamlet Isaxanli
Dear Mr. Isaxanli,
On September 23-29, 2013, as organized by Khazar University, a training course on “Using student assessment results and monitoring research for decision making in governance” was carried out and a group of employees of the State Students Admission Commission participated in this program.
Presentations were made in the program and the issues discussed were met with great interest by employees.
The State Students Admission Commission, as an institution that has always closely studied the results of assessment and monitoring research on national and international levels, is focusing on studying international experience in this field. In this regard, it appreciates the program as a contribution to this process, and on this occasion, we express our gratitude to you, the trainer of the program, Professor Ata Tezbasaran, and Dean of the School of Education, Dr. Elza Samadova.
Sincerely,
Chairman of the SSAC
Maleyke Abbaszadeh
03. 10. 2013
[:]