[:az]Xəzər Universitetində “Avropa İttifaqı araşdırmaları üzrə kurrikulumların işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi”(“Curriculum Development and Capacity Building in the field of EU Studies”) adlı Tempus layihəsi çərçivəsində beynəlxalq seminar keçirilmişdir. Seminar tərəfdaş universitetlər tərəfindən aparılmış kurrikulumların təhlili prosesinin nəticələrinə həsr olunmuşdu.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Professor Hamlet İsaxanlı seminar iştirakçılarını səmimi salamlamışdır. O, Xəzər Universitetinin koordinator olduğu və Avropadan dörd, Azərbaycandan isə altı universiteti bir araya gətirən bu layihənin əhəmiyyətindən danışmış, seminar iştirakçılarına layihənin həyata keçirilməsi işində uğurlar arzulamışdır. Tempusun Azərbaycandakı ofisinin rəhbəri (The Head of National Tempus Office in Azerbaijan) Pərviz Bağırov öz çıxışında layihənin gedişindən razılığını bildirmiş və layihə ilə bağlı fəaliyyətlərin gerçəkləşməsində sıx əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.
Layihənin koordinatoru Baba Bayramlı “Layihənin məqsədləri və təhlil prosesinin nəticələri” mövzusunda ətraflı çıxış etmiş, layihə üzrə ilk fəaliyyət olan kurrikulumların təhlili prosesinin ümumi nəticələri ilə seminar iştirakçılarını tanış etmişdir. O, qeyd etmişdir ki, meydana çıxan bir sıra çətinliklərə baxmayaraq, Avropa universitetlərinin nümayəndələri tərəfindən Azərbaycan universitetlərində və Azərbaycan universitetlərinin təmsilçiləri tərəfindən Avropa universitetlərində aparılan təhlil prosesini layihədə nəzərdə tutulduğu kimi tam həcmdə həyata keçirmək mümkün olmuşdur.
İtaliyanın Genuya Universitetindən (University of Genoa) Agostino Massa, Bakı Dövlət Universitetindən Kamran Eyyubov, Elmira İsmayılova, Fərhad Hüseynov, Azərbaycan Universitetindən İlkin Məmmədli, Bəxtiyar Bədəlov, Naxçıvan Dövlət Universitetindən Röya Səfərova, Kamran Vəlizadə, Polşanın Lodz Sosial Elmlər Universitetindən (Lodz University of Social Sciences) Piotr Kinas, Portuqaliyanın Lusofona Humanitar Elmlər və Texnologiya Universitetindən (The Lusophona University of Humanities and Technology) Teresa do Rosario, Antonio Gameiro, Xəzər Universitetindən Rəşad Hüseynov, Aynur Cəfərova, Bakı Slavyan Universitetindən İrina Kunina və Mətin Məmmədli ayrı-ayrılıqda apardıqları təhlillə dair təqdimatla çıxış etmişlər.
Çıxışlardan sonra aparılan geniş müzakirə zamanı nəticələr ümumiləşdirilmiş və layihə üzrə gələcək fəaliyyətlərin istiqamətləri nəzərdən keçirilərək təsdiq olunmuşdur.
[:en]Within the framework of the Tempus project entitled “Curriculum Development and Capacity Building in the field of EU Studies,” an international seminar was held at Khazar University. The seminar was devoted to the results of curriculum review conducted by partner universities.
The Chairman of the Board of Directors and Trustees of Khazar University, Prof. Hamlet Isaxanli, sincerely welcomed the participants. He talked about the importance of this project, which is coordinated by Khazar University and brings together four universities of Europe and six universities of Azerbaijan, and wished the participants success in the implementation of the project. Then the Head of the National Tempus Office in Azerbaijan, Parviz Baghirov, made a speech to emphasize the close partnerships that are forming through this project and to express his satisfaction with its progress so far.
The project coordinator, Baba Bayramli, made a presentation about “Project goals and results of the analysis process,” giving information to the seminar participants about results of the curriculum analysis process that had taken place during the first stage of the project. He noted that, in spite of some difficulties that arose, it had been possible to fully implement the first stage of the project as it had been envisaged in planning, including curriculum analysis by European participants in Azerbaijani universities and visits by Azerbaijani representatives to European universities.
Presentations were made by Agostino Massa from the University of Genoa, Italy; Kamran Eyyubov, Elmira Ismailova, and Farhad Huseynov from Baku State University; Ilkin Mammadli and Bakhtiyar Badalov from Azerbaijan University; Roya Safarova and Kamran Velizade from Nakhchivan State University; Piotr Kinas from Lodz University of Social Sciences, Poland; Teresa do Rosario and Antonio Gameiro from the Lusophona University of Humanities and Technology, Portugal; Rashad Huseynov and Aynur Jafarova from Khazar University; and Irina Kunina and Metin Mammadli from Baku Slavic University.
After the presentation, the results were summarized in a comprehensive discussion and instructions about future project activities were reviewed and approved.
[:]