[:az]Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət məsələləri üzrə İcraçı Agentliyinin Tempus və Sənaye ölkələri ilə İkitərəfli Əməkdaşlıq Departamentinin rəhbəri (Head of Unit of Tempus and Bilateral Cooperation with Industrial Countries of the European Commission) Klaus Haupt sentyabrın 26-da Xəzər Universitetində olmuşdur. O, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Professor Hamlet İsaxanlı ilə görüşmüşdur. Qonağı səmimi salamlayan H. İsaxanlı ona Xəzər Universitetinin fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Xəzər Universitetinin Tempus layihələrində iştirakının və bu sahədə universitetin qazanmış olduğu təcrübənin əhəmiyyəti xüsusi olaraq vurğulanmışdır.
Görüşdən sonra Klaus Haupt Xəzər Universitetinin koordinator olduğu “Curriculum Development and Capacity Building in the field of EU Studies” adlı Tempus layihəsinin monitorinqini aparmışdır. Layihənin koordinatoru Baba Bayramlı layihənin məqsədləri və icra vəziyyəti barədə geniş təqdimatla çıxış etmişdir. Klaus Haupt layihənin icrası ilə bağlı suallar vermiş, daha sonra isə geniş müzakirə aparılmışdır. H. İsaxanlı, Tempusun Azərbaycandakı ofisinin rəhbəri (The Head of National Tempus Office in Azerbaijan) Pərviz Bağırov, Xəzər Universitetinin İnkişaf direktoru Raziyə İsayeva və layihə üzrə tərəfdaş olan universitetlərin nümayəndələri monitorinq prosesində iştirak etmişlər.
[:en]On September 26, Klaus Haupt, Head of the European Commission Unit of Tempus and Bilateral Cooperation with Industrial Countries, visited Khazar University. He met with the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli. Welcoming the guest warmly, H. Isakhanli gave him detailed information about the activities of the university. The importance of Khazar University’s participation in Tempus projects and the university experience gained in this field were specifically emphasized.
After the meeting, Klaus Haupt monitored the “Curriculum Development and Capacity Building in the field of EU Studies” Tempus project coordinated by Khazar University. Project Coordinator Baba Bayramli made a detailed presentation about the objectives of the project and implementation status. Klaus Haupt asked questions in connection with the execution of the project, and then a discussion was held. H. Isaxanli; Parviz Bagirov, Head of the National Tempus Office in Azerbaijan; Raziya Isayeva, Development Director of Khazar University; and representatives of the partner universities participated in the monitoring process of the project.
[:]