[:az]Xəzər Universitetinin Elmi-İnzibati Şurası sentyabrın 6-da universitetin tədris işləri üzrə prorektoru Məhəmməd Nuriyevin sədrliyi ilə cari dərs ilində ilk iclasını keçirdi. İclasın gündəliyinə əsasən M. Nuriyev universitetdəki yeni təyinatlar və Elmi-İnzibati Şuranın yeni tərkibi haqqında məlumat verdi. Fakültə dekanları İnqilab Əhmədov, Cabir Xəlilov, Elza Səmədova və dekan müavini Əlihüseyn Dövlətov məzunlar haqqında məlumat verdilər. Universitetin magistratura, doktorantura və elmi işlər haqqında siyasəti barədə Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri Eldar Şahgəldiyevin məlumatı dinlənildi. Gündəlikdəki məsələlər haqqında müvafiq qərarlar qəbul edildi. İclasda, həmçinin cari məsələlər müzakirə olundu.
Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı iclasda çıxış edərək, yeni dərs ilində qarşıda duran vəzifələrdən danışdı.
[:en]On September 6, the Scientific/ Administrative Council of Khazar University held its first meeting of the current academic year under the chairmanship of Vice President of Khazar University, Mahammad Nuriyev.
According to the agenda, M. Nuriyev gave information about new appointments in the university and new members of the Scientific/Administrative Council. Deans of Schools Ingilab Akhmadov, Jabir Khalilov, Eliza Samedova and Deputy Dean Alihuseyn Dovlatov gave information about alumni. Head of the Division for Graduate Studies and Research, Eldar Shahgeldiyev, reported on the university’s policy about graduate studies and research. Relevant decisions were made about the issues on the agenda. Current issues were also discussed at the meeting of the Scientific/Administrative Council.
The founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, made a presentation and spoke about upcoming tasks for the current academic year.
[:]