[:az]Xəzər Universitetinin təsisçisi,
Direktorlar və qəyyumlar şurasının sədri
professor H.İsaxanlıya
Surəti:
Karyera mərkəzinin koordinatoru
Ü.Hüseynovaya
Hörmətli professor H.İsaxanlı!
Nəzərinizə çatdırırıq ki, 2013-cü il iyul ayında AMEC MMC şirkətinin Stipendiant Proqramına start verilmişdir. Proqram bakalavr pilləsinin 2-ci tədris ilini müvəffəqiyyətlə bitirən seçilmiş fakultələrin tələbələrinə şamil edilir.
Şirkətimizlə Xəzər Universiteti arasında yüksək səviyyəli əməkdaşlığımızın davamı olaraq, AMEC MMC Stipendiant Proqramı tələbələrinizə təqdim olunmuşdur. Proqram Xəzər Universitetinin tələbələri arasında böyük maraq doğurmuşdur, belə ki, 8 (səkkiz) tələbə proqramda iştirak üçün müraciət etmişdir.
İkipilləli seçim prosesi nəticəsində müraciət etmiş Xəzər Universiteti tələbələrindən 2 (iki) namizəd seçilmişdir.
Seçilmiş namizədlər avqust ayı ərzində şirkətimizin istehsalat prosesində iştirak edərək, şirkətimizin fəaliyyəti haqqında bir sıra təqdimat hazırladılar. 2 il davam edən Stipendiant Proqramı çərçivəsində proqramın iştirakçıları AMEC MMC-nin təlim və tədris proqramlarına və sosial tədbirlərə dəvət olunacaqlar. Proqramın uğurla başa çatdırılması halında onlar AMEC MMC-nin məzunların işə qəbulu proqramında iştirak edəcəklər. Seçim prosesini müvəffəqiyyətlə bitirmiş namizədlər daimi işlə təmin olunacaqlar.
AMEC MMC-nin rəhbərliyi Xəzər Universiteti ilə əməkdaşlığı yüksək qiymətləndirir və ikitərəfli münasibətlərin inkişafını dəstəkləyir.
AMEC MMC rəhbərliyi adından Xəzər Universitetinin rəhbərliyinə və əməkdaşlarına dəstəyinizə görə dərin təşəkkürümüzü bildiririk.
Xəzər Universitetinin AMEC MMC Stipendiant Proqramının iştirakçıları olan tələbələri aşağıdakılardır:
1.Dibirov Samid Yusif oğlu
2.Mustafayev Nəriman Şahin oğlu
Hörmətlə,
Piter Vord
Baş Menecer
17 sentyabr 2013-cü il
[:en]To the founder of Khazar University, Chairman of the Board of Directors and Trustees
Professor H. Isaxanli
Copy sent to Coordinator of Career Center U. Huseynova
Dear Professor H. Isaxanli,
We would like to inform you that in July 2013, the AMEC LLC Scholarship Program was started. Selected students who have successfully completed the 2nd year of their bachelor studies are applicable to the program.
As a continuation of the high level of cooperation between Khazar University and AMEC LLC , the Scholarship Program was presented to your students. The program was met with great interest of Khazar University students, thus, 8 students have applied for participation in the program.
As a result of a two-stage selection process, 2 candidates from among the Khazar University students who applied to the program were selected.
During August, the selected candidates participated in the production process of the company and made a number of presentations on the activities of the company. Within the next 2 years, participants of the scholarship program will be invited to training and educational programs and social events of AMEC LLC. If they successfully complete the program,
they will participate in the graduate recruitment program of AMEC LLC. Candidates who completed the selection process successfully will be offered permanent jobs.
AMEC LLC appreciates the cooperation with Khazar University and supports the development of bilateral relations.
On behalf of AMEC LLC, we express our deep gratitude to Khazar University administration and staff for your support.
The students of Khazar University who are participating in the AMEC LLC Scholarship Program are:
1.Dibirov Samid
2.Mustafayev Nariman
Sincerely,
Peter Ward
General Manager
September 17, 2013
[:]