[:az]Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarova
Surəti: Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri
professor Hamlet İsaxanlıya
Hörmətli Mikayıl müəllim!
Məlumat üçün Sizə bildirmək istəyirəm ki, təhsil sistemimizdə aparılan islahatlar çərçivəsində idarəedicilikdə nəticəyönümlüyün tətbiqi ilə bağlı Təhsil Nazirliyinin sifarişi və dəstəyi ilə Xəzər Universiteti tərəfindən “İdarəetmədə qərarların verilməsi üçün təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq tədqiqatları nəticələrindən istifadə” mövzusunda 09-14.09. 2013-cü il tarixdə keçirilən kursda rayonun bir qrup təhsili idarəetmə işçiləri iştirak etmişdir. Kursun məzmunu və onun təqdim edilməsi üsulu müdavimlər tərəfindən böyük maraqla qarşılanmışdır. Hesab edirik ki, bu təlimlərdə öyrəndiklərimizdən gələcək fəaliyyətimizdə səmərəli şəkildə faydalana biləcəyik. Təhsilimizdə bu istiqamətdə gerçəkləşdirilən layihələrə görə Beyləqan rayon təhsil işçiləri adından Sizə və bu layihənin icraçılarına dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri:
T.M.Sadıqov
14. 09. 2013
[:en]To the Minister of Education of the Azerbaijan Republic, Mr. Mikayil Jabbarov
Copy sent to: Chairman of the Board of Directors and Trustees of Khazar University, Mr. Hamlet Isaxanli
Dear Mr. Jabbarov,
We would like to inform you that in the framework of current education reforms, a group of district education administration staff participated in a training on the topic of “Using Monitoring Research Results and the Evaluation of the Accomplishment of Students in Making Management Decisions” which was organized by Khazar University by order of the Ministry of Education on September 09 to 14, 2013. The presentation of the course content and training materials was met with great interest by the audience. We believe that what we learned in the training will be helpful for us in further work. On behalf of the educational staff of Beylegan, we express our gratitude to you and the organizers for the implementation of this project in the field of education.
Best regards,
Head of Beylegan District Education Department
T. M. Sadigov
14. 09. 2013
[:]