[:az]Mayın 22-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının bağ evində universitetə gəlmiş xarici qonaqların şərəfinə ziyafət verildi. Ziyafətdə Koreyanın Seul Universitetinin və Çinin Şanxay Normal Universitetinin nümayəndələri, Vaşinqtonda yerləşən Qarabağ Fondunun icraçı direktoru Dayana Kohen Altman, British Council-ın Azərbaycan üzrə direktoru Elizabet Uayt, Emerald Group Publishing Limited-in Mərkəzi Asiya və Türkiyə üzrə direktoru Mine Tonta və Xəzər Universitetinin əməkdaşları iştirak etdilər.
Ziyafətdə qonaqlara universitetin Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqova, departamentin müəllimləri Məhsəti Cabbarova və Anar Şuşalının iştirakı ilə klassik və Azərbaycan milli musiqisindən ibarət konsert proqramı təqdim olundu. Xarici qonaqlara universitet adından hədiyyələr verildi.
[:en]On May 22nd, foreign guests visiting Khazar University were invited to the summer home of the university founder and Chairman of the Board of Directors and Trustees, Prof. Hamlet Isaxanli. The guests included representatives of Seoul University, Korea; representatives of Shanghai Normal University, China; Diana Altman of the Washington, D.C.-based Karabakh Foundation; Elizabeth White, Country Director of British Council for Azerbaijan; Mine Tonta, Business Manager for Turkey and Central Asia of Emerald Group Publishing Limited; and Khazar University faculty and staff members.
The Department of Music and Fine Arts of Khazar University prepared a concert including classical and Azerbaijani traditional music performed by faculty members Zulfiyya Sadigova, Mehseti Jabbarova, and Anar Shushali. Khazar University gifts were presented to the foreign visitors. A dinner was also given in honor of the guests.
[:]